Icma.az
close
up
RU
2026 cı ilin qışı belə keçəcək Bakıda dayanmadan qar, şaxta...

2026 cı ilin qışı belə keçəcək Bakıda dayanmadan qar, şaxta...

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava modellərinə əsasən, 2026-cı ilin qışı bütün dünya üzrə əsasən dəyişkən, bölgələrə görə fərqli və qeyri-sabit hava şəraiti ilə müşayiət olunacaq. Mütəxəssislər bildirirlər ki, qlobal temperaturun normadan yüksək qalması qış aylarında həm kəskin soyuq dalğalarının, həm də gözlənilməz istiləşmələrin baş verməsinə şərait yarada bilər.

Turkustan.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) analizlərinə görə, qış mövsümünə zəif və ya neytral La Niña şəraitinin təsiri gözlənilir. Bu isə qışın klassik və stabil keçməyəcəyini, temperatur və yağıntı balansının tez-tez dəyişəcəyini göstərir. Meteoroloqlar qeyd edirlər ki, La Niña təsiri zəif olsa belə, qütb bölgələrindəki hava prosesləri orta enliklərə təsir göstərə bilər.

Şimali Amerikada qışın, xüsusilə ABŞ-ın şimal, şimal-şərq ştatları və Kanadada daha soyuq və qarlı keçməsi ehtimal edilir. Arktik hava kütlələrinin bu ərazilərə doğru hərəkəti güclü qar yağışları və şaxtalarla müşayiət oluna bilər. ABŞ-ın cənub və mərkəzi hissələrində isə temperaturun normadan yüksək olması, qışın daha quru və mülayim keçməsi proqnozlaşdırılır. Şərq sahillərində isə soyuq hava dalğaları ilə nisbətən isti dövrlərin bir-birini əvəz edəcəyi bildirilir.

Avropada qış havasının daha qeyri-sabit olacağı gözlənilir. Proqnozlara əsasən, Şimal və Şərqi Avropa ölkələrində şaxtalı hava və intensiv qar yağışları müşahidə oluna bilər. Mərkəzi Avropada qış aylarında qar, yağış və mülayim hava şəraiti növbəli şəkildə özünü göstərəcək. Qərbi və Cənubi Avropada isə qış əsasən mülayim keçəcək, yağıntılar daha çox yağış şəklində olacaq, qar əsasən dağlıq ərazilərdə müşahidə ediləcək.

Mütəxəssislər bildirirlər ki, Arktikada buz örtüyünün azalması və polar vortex adlanan qütb siklonunun zəifləməsi bəzi dövrlərdə soyuq hava kütlələrinin qəfil şəkildə Avropa, Asiya və Şimali Amerikaya doğru hərəkətinə səbəb ola bilər. Bu da qışın xüsusilə yanvar və fevral aylarında sərt hava hadisələri ilə yadda qalma ehtimalını artırır.

Ümumilikdə, 2026-cı ilin qışı qlobal miqyasda sabit hava şəraiti ilə deyil, ani temperatur dəyişiklikləri, güclü küləklər, qar fırtınaları və bəzi bölgələrdə intensiv yağıntılarla xarakterizə olunacaq. Meteoroloji qurumlar qış aylarında hava xəbərdarlıqlarının daha diqqətlə izlənməsini tövsiyə edirlər.

Azərbaycan üzrə proqnozlara gəldikdə isə, ECMWF-in (Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi) Qafqaz üçün ilkin qiymətləndirmələrinə əsasən, 2026-cı ilin qışı ölkə ərazisində əsasən mülayim və dəyişkən keçəcək. Sinoptiklər bildirirlər ki, qış aylarında kəskin və uzunmüddətli şaxtalar gözlənilmir, lakin ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğaları müşahidə oluna bilər. Aran rayonlarında temperaturun çox vaxt normaya yaxın və ya bir qədər yüksək olması, yağıntıların əsasən yağış şəklində düşməsi ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağışı və şaxtalı günlər mümkündür. Xüsusilə yanvar və fevral aylarında qar örtüyünün formalaşacağı istisna edilmir. Beynəlxalq hava proqnozu platforması olan “Accuweather”in açıqlamasına əsasən, Bakıya ilk qarın 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-də qarla müşahidə olunan hava şəraiti mümkündür.

Ümumilikdə, Azərbaycanda 2026-cı ilin qışı klassik sərt qışdan daha çox dəyişkən və mülayim hava şəraiti ilə xarakterizə oluna bilər. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:376
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri