Icma.az
close
up
RU
2026 cı ilin yayının ən dəbli qısa saç kəsimi

2026 cı ilin yayının ən dəbli qısa saç kəsimi

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay mövsümünün gəlişi və havaların isinməsi ilə bir çox qadın yüngül, rahat və baxımı asan saç düzümlərinə üstünlük verməyə başlayır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin yayının ən dəbli saç kəsimi "biksi" (bixie) olub. Bu model həm gündəlik həyatda, həm də dünya ulduzlarının qırmızı xalça obrazlarında ən çox seçilən trendlərdən birinə çevrilib.

90-cı illərin məşhur trendi yenidən dəbdədir

"Biksi" saç kəsimi yeni trend deyil. O, ilk dəfə 1990-cı illərdə böyük populyarlıq qazanıb. Həmin dövrdə aktrisalar Meq Rayan, Kemeron Dias, Holli Berri və Dryu Berrimor bu saç düzümü ilə trend yaradan məşhurlar sırasında olublar. Bu modelə maraq 2021-ci ildən yenidən artmağa başlayıb. Bunun əsas səbəbi isə 90-cı illərin dəbinin geri qayıtmasıdır.

Düz kəsimli cinslər, kombinezonlar, tie-dye naxışları, bayker çəkmələri və çokerlər kimi elementlərlə yanaşı, "biksi" də müasir dəbin əsas simvollarından birinə çevrilib. Müasir versiyası əvvəlkindən fərqli olaraq daha zərif, səliqəli və müxtəlif saç tərtibatlarına imkan verir.

"Biksi" nədir?

Saç düzümünün adı onun iki məşhur modelin – "bob" və "pixie" saç kəsimlərinin birləşməsindən yarandığını göstərir. Bu model uzunluq baxımından hər iki variantın arasında yerləşir və onların üstün cəhətlərini özündə birləşdirir.

"Pixie", "bob" və "biksi" arasındakı fərq

Pixie - ən qısa saç kəsimlərindən biridir. Ənsə hissəsi demək olar ki, tam qısaldılır və saçları hətta kiçik at quyruğu şəklində belə toplamaq mümkün olmur.

Bob - klassik model hesab olunur və adətən saçın uzunluğu çənəyə, bəzən isə çiyinlərə qədər çatır.

Biksi isə bu iki model arasında yerləşir. Saç uzunluğu qulaq seyvanı ilə çənə arasındakı hissədə olur. Təpə hissəsində saçlar nisbətən uzun saxlanıldığı üçün onları arxaya yığmaq, yan və ya düz ayrım vermək, eləcə də müxtəlif formalı çəngəllərlə tamamlayaraq fərqli görünüş yaratmaq mümkündür. Bu modeldə də "pixie" kimi çoxsaylı qısa qatlar istifadə olunur ki, bu da saça həcm və struktur verir.

"Biksi" saç kəsiminin ən populyar 6 növü

Stilistlər bu saç düzümünün altı əsas variantını fərqləndirirlər:

Klassik "biksi" - uzanmış "pixie" görünüşünü xatırladır, qısa qatlar və həcmli teksturaya malikdir.

Teksturalı "biksi" - qatlı və dağınıq görünüş hesabına daha rahat və dinamik obraz yaradır.

Çolka ilə "biksi" - yüngül və ya sıx çolka sayəsində üz cizgilərini fərqli göstərir.

"Undercut" üslublu "biksi" - yan hissələri çox qısa və ya qırxılmış, üst hissəsi isə uzun saxlanılan cəsarətli modeldir.

Hamar və zərif "biksi" - səliqəli forması ilə üz xətlərini ön plana çıxarır.

"Wolf-biksi" - "şeggi" və "mallet" üslublarını qısa "biksi" ilə birləşdirərək rok üslubunda görünüş yaradır.

Kimlər üçün uyğundur?

"Biksi"nin ən böyük üstünlüyü onun demək olar ki, bütün saç tiplərinə uyğun olmasıdır. Bu model düz, dalğalı, buruq, qalın və nazik saçlarda uğurla tətbiq oluna bilir. Xüsusilə nazik saçlı qadınlar üçün ideal seçim sayılır. Çünki çoxqatlı quruluş saçlara daha gur və həcmli görünüş verir. Peşəkar stilist saç qatlarının uzunluğunu və çolkanın formasını insanın üz quruluşuna uyğun şəkildə tənzimləyə bilər.

Baxımı necə olmalıdır?

"Biksi" gündəlik uzunmüddətli fen və ya mürəkkəb saç düzümü tələb etmir. Saçı yuduqdan sonra fenlə qurulamaq kifayətdir. İstəyə görə üst telləri düzləşdirici və ya burucu alətlə yüngül formada düzəltmək olar. Həcmi qorumaq üçün yüngül teksturlaşdırıcı sprey və ya quru şampundan istifadə tövsiyə olunur. Daha ifadəli tekstura yaratmaq istəyənlər isə saç üçün yüngül mum və ya pomadadan istifadə edə bilərlər. Bu saç modelinin yeganə mənfi cəhəti onun formasını qorumaq üçün saç ustasına mütəmadi müraciət etməyin vacib olmasıdır. Stilistlər saçın uzanma sürətindən asılı olaraq hər 3-6 həftədən bir saç kəsimini yeniləməyi məsləhət görürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyul 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri