2027 2030 cu illərdə təhsildə nələr dəyişəcək?
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2027–2030-cu illərdə təhsil sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu istiqamətlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qarşıdakı illərdə təhsil sahəsində əsas diqqət məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ümumi təhsilin keyfiyyətinin artırılmasına və əmək bazarının tələblərinə uyğun peşə təhsilinin təşkilinə yönəldiləcək.
Bununla yanaşı, ali təhsildə əlçatanlığın, keyfiyyətin və rəqabətliliyin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi də prioritetlər sırasında yer alacaq.
Digər istiqamətlər isə “Ömürboyu təhsil” sisteminin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsidir.
Sənəddə, həmçinin dövlət qulluğu və idarəetmədə effektivliyin artırılması, innovasiya ekosisteminin inkişaf etdirilməsi də əsas hədəflər kimi müəyyənləşdirilib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















