Icma.az
close
up
RU
2027 ci ilin sosial müjdəsi

2027 ci ilin sosial müjdəsi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələn il minimum əməkhaqqı, pensiya və müavinətlər artırılacaq

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı 2027-ci ildə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin qaldırılacağını bəyan etdi, bununla bağlı müvafiq qurumlara tapşırıq verildiyini bildirdi. Bu növbəti ilin sosial müjdəsi - 2027-ci ildə növbəti sosial paketin həyata keçiriləcəyi deməkdir. Minimum pensiya artımı ilə yanaşı, gələn ilin yanvarından bütün növ əmək pensiyaların da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Hazırda 8 aylıq göstəriciyə görə, ölkə üzrə orta aylıq əməkhaqqının artım faizi təxminən 8 faizə yaxındır, illik yekun göstərici gələn ilin yanvarında məlum olacaq. Əgər illik orta aylıq əməhaqqı indeksi 10 faiz olsa, əmək pensiyalarının məbləği də 10 faiz artmış olacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək.

Minimum əməkhaqqı artımı 800 min vətəndaşın maaşına təsir göstərəcək

Qeyd edək ki, sosial təyinatlı artımlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinadən Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanmış layihə üzrə müəyyənləşib. Dövlət başçısı bir neçə ay əvvəl minimum əməkhaqqı və minimum pensiyanın artırılması barədə göstəriş verib və aidiyyatı nazirliklər tərəfindən də bu istiqamətlərdə yekun təklif və layihə hazırlanıb. Beləliklə, 2027-ci il yanvarın 1-dən hazırda 400 manata bərabər olan minimum əməkhaqqı məbləği yenidən əhəmiyyətli dərəcədə artmış olacaq.

Minimum əməkhaqqı artımı ölkə üzrə təxminən 800 min vətəndaşın əmək haqqının artımına səbəb olacaq. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqları 400 manatdır, ən yüksək dərəcə üzrə əmək haqqı isə 1150 manata yaxındır. Bu o deməkdir ki, minimum əmək haqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Xüsisilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunacaq. Artımlar həm də özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olacaq.

Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən minimum əməkhaqqı artımı,  ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faizə, 2025-ci ildə təxminən 42 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Minimum pensiyalarda da artım gözlənilir

Gələn il minimum pensiyanın artırılması da gözlənilir ki, bu məbləğin hazırkı 320 manatdan 350 manata qədər artırmı fərz olunur. Bu isə on minlərlə pensiyaçını əhatə etmiş olacaq. Bu sosial qrupa tələb olunan pensiya kapitalını təmin edə bilməyən vətəndaşların aldıqları pensiyalar daxildir. Həmin kateqoriya üzrə pensiya alanların sayı təxminən 65-70 min nəfərdir. Yeni artımdan sonra minimum pensiyanın məbləği ölkə üzrə yaşayış minimumunu və ehtiyac meyarını da xeyli üstələmiş olacaq.

Yeri gəlmişkən, gələn il əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, pensiya artımlarımda diferensial qaydalar tətbiq olunacaq. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq, 1150 manatdan yüksək pensiya alan şəxslərin təqaüdlərinin həmin məbləğdən yuxarı hissəsi fərqli əmsallar üzrə hesablanacaq. 

Ümumilikdə, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18, 5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək.

Müavinət və təqaüdlərin məbləğləri də artırılacaq

Gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması da gözlənilir. Növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla, ümumilikdə 3 milyon insanın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artacaq. Bu da davamlı və əhatəli sosial kurs ölkəmizdə güclü sosial siyasətin təzahürü olmaqla, dövlətin iqtisadi və maliyyə imkanları artdıqca, dövlət xərclərinin böyük bir hissəsinin, ilk növbədə vətəndaşların rifahına yönəldildiyini təsdiqləyir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri