“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının XII turu çərçivəsində səfərdə “Sumqayıt”ı darmadağın edən (5:1) “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmanın ardından keçirilən mətbuat konfransında iştirak etdi.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə jurnalistlərin suallarını cavablandırdı:
– Böyükhesablı qələbənin əldə olunmasında rəqibin azlıqda qalmasını həlledici amil hesab etmək olarmı? Həmçinin, zədədən yeni qayıtmasına baxmayaraq fərqlənən Xəyal Əliyevin çıxışı barədə nə deyə bilərsiniz?
– Əlbəttə, sizinlə razıyam, qırmızı vərəqə matçın həlledici məqamlarından biri idi. Lakin onu da qeyd etməliyəm ki, rəqib azlıqda qalana qədər də yaxşı çıxış edirdik. 1:0 hesabı ilə öndə idik və başqa əlverişli qol fürsətlərimiz də var idi. Rəqibə qarşı çox aqressiv pressinq tətbiq edirdik. Doğrudur, buraxdığımız qolda kobud səhvə yol verdik və rəqib bundan yararlandı. Amma keyfiyyətli komanda olaraq, 60 dəqiqə ərzində 10 nəfərə qarşı oynayırıqsa, mütləq qalib gəlməliyik. Azlıqda qalan rəqibə qarşı belə bir oyunu təhlil etmək bir qədər çətindir, çünki nəzarət tamamilə bizdə idi və vurulan 5 qol da bunu sübut edir. Xəyal Əliyevə gəlincə, o, bizim üçün çox önəmli və keyfiyyətli futbolçudur. Həlledici məqamlarda ona şans veririk ki, bu fürsətlərdən maksimum yararlansın. Xəyalı yenidən yaşıl meydanda görmək mənim üçün böyük sevinc hissidir.
– Beş gündən sonra “Barselona” ilə qarşılaşacaqsınız. Bu matçı karyeranızın zirvə oyunlarından biri adlandırmaq olar. Belə böyük oyun öncəsi gecələr yatmaq çətin deyil?
– Düzünü desəm, bəzən məhz Azərbaycan çempionatındakı oyunlardan əvvəl narahatlıqdan yata bilmirəm. Çempionlar Liqasında bu cür matçlardan isə sadəcə zövq almaq lazımdır. Təbii ki, nəticədən asılı olmayaraq, biz hər oyuna qələbə üçün çıxırıq. Bütün azarkeşlərimizi həmin görüşə dəvət edirik ki, tribunaları doldurub bizə dəstək olsunlar. Futbol elə bir oyundur ki, burada bəzən inanılmaz hekayələr yazılır. İnanıram ki, çərşənbə günü biz də belə unudulmaz hekayələrdən birini yazmağa çalışacağıq.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Noyabr 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















