PSJ qapıçısı ilə yollarını ayırmağa hazırlaşır
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın PSJ klubu qapıçısı Lukas Şevalye ilə qış transfer pəncərəsində yollarını ayırmaq imkanını nəzərdən keçirir.
İdman.Biz “Canal+” telekanalına istinadən xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Şevalyenin həm icarəyə verilməsi, həm də birdəfəlik satılması mümkündür. Klub rəhbərliyi qapıçının uzun müddət oyun praktikasından məhrum qalmasının onun transfer dəyərinə mənfi təsir göstərə biləcəyini düşünür.
Bununla belə, PSJ futbolçunun ayrılmasına yalnız bir şərtlə razılıq verəcək. Parislilər əsas qapıçı Matvey Safonova yüksək səviyyəli əvəzedici tapmalıdırlar.
Şevalyenin özü isə hələlik klubdan ayrılmaq üçün müraciət etməyib. Fransalı qolkiper əsas heyətdəki yerini geri qaytarmağa ümid edir.
2025-ci ildən PSJ-də çıxış edən Şevalye Safonovla rəqabətdə mövqeyini itirib. Rusiyalı qapıçının əsas heyətdə möhkəmlənməsi onun oyun praktikasını ciddi şəkildə məhdudlaşdırıb.
“Transfermarkt” portalına əsasən, Şevalyenin hazırkı bazar dəyəri 22 milyon avro (təxminən 42 milyon manat) təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Noyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















