2028 ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF) məlumat yayıb.
Məlumata görə, müvafiq razılaşma BCF və İsveçrə Cüdo Federasiyası arasında imzalanıb.
"Beynəlxalq Cüdo Federasiyası tərəfindən İsveçrəyə göstərilən etimad həm şərəf, həm də məsuliyyətdir. 2026 və 2027-ci illərin Böyük Dəbilqə turnirlərindən sonra 2028-ci il dünya çempionatı bizə cüdonu bütün aspektləri ilə inkişaf etdirməyə imkan verəcək... Biz istəyirik ki, bu hadisə Lozannanın, Vo kantonunun və bütövlükdə İsveçrə cüdosunun tarixində silinməz iz buraxsın", - İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden deyib.
Qeyd edək ki, böyüklər arasında cüdo üzrə 2026-cı il dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək. 2027-ci ildə isə dünya birinciliyinə Qazaxıstan ev sahibliyi edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:113
Bu xəbər 29 Avqust 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















