Icma.az
close
up
RU
2040 cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq

2040 cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

2040-cı ilə qədər dünyada quru sahəsinin böyük bir hissəsi su altında qalacaq. Söhbət 12 milyon kvadrat kilometrdən gedir. Bu, ABŞ və ya Çinin ərazisindən çoxdur.

Azpost.info bildirir ki,  İspaniya Geologiya və Mədən İnstitutunda yerləşən beynəlxalq tədqiqatçılar qrupu 34 ölkədə 200 yerdə torpağın çökməsi ilə bağlı məlumat toplayıb. Təhlildən sonra alimlər yaxın gələcəkdə landşaftda dəyişiklikləri əks etdirən model tərtib ediblər.

Əldə edilən nəticələr narahatlıq doğurur: Dinamika dəyişməzsə, təxminən 12 milyon kv. km ərazisi tezliklə dəniz səviyyəsindən aşağıda olacaq. Müqayisə üçün deyək ki, ABŞ və ya Çinin sahəsi təxminən 9,8 və 9,5 milyon kvadratkilometrdir. Rusiyanın sahəsi isə cəmi 5 milyon kvadrat-kmdir. 2040-cı ilə qədər təxmin edilən torpaq çökmə sahəsi bundan çoxdur.

Aşağıdakı xəritədə gördüyünüz kimi, Cənubi Amerika, Afrika və Asiya yaşayan əhali ən çox zərbə altına düşəcək. Dünyanın ən böyük şəhərlərinin təxminən 22%-i landşaft dəyişikliklərindən ciddi zərər çəkə bilər. Bu şəhərlərdə isə 1,2 milyard əhali yaşayır.

Əvvəllər təhlükəsiz hesab edilən ərazilər gələcəkdə daha tez-tez su altında qalacaq.

Bəşəriyyətin təhlükəli problemlə üzləşməməsi üçün beynəlxalq tədqiqatçılar qrupu hökumətləri mümkün qədər tez bir zamanda çökmə ilə mübarizə tədbirləri hazırlamağa və onları qanunvericilik qaydasında təsdiqləməyə çağırıb. Söhbət xüsusilə neft, qaz və digər faydalı qazıntıların hasilatı üzrə proqramların tənzimlənməsindən, həmçinin yeraltı su anbarlarının drenajına qarşı mübarizədən gedir.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri