Icma.az
close
up
RU
2050 proqnozu qorxudur dünyanın yarısı göz eynəyi taxacaq Oftalmoloqdan İZAH

2050 proqnozu qorxudur dünyanın yarısı göz eynəyi taxacaq Oftalmoloqdan İZAH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Planşet və telefon uşaqların gözlərini vaxtından əvvəl sıradan çıxarır

Texnoloji cihazların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi xüsusilə uşaqların sağlamlığı ilə bağlı yeni risklər yaradıb. Türkiyəli oftalmoloq Dr. Tahsin Erdal Kabadere göz problemləri, xüsusən də miopiyanın sürətlə artması ilə bağlı vacib xəbərdarlıqlar edib.

Mütəxəssis bildirib ki, erkən yaşlarda ekranlardan intensiv istifadə uşaqların göz sağlamlığına ciddi mənfi təsir göstərir və son illərdə miopiya daha gənc yaşlarda müşahidə olunmağa başlayıb. Dr. Kabaderenin sözlərinə görə, düzgün ekran vərdişləri və uşaqların açıq havada kifayət qədər vaxt keçirməsi həm miopiyanın inkişafının qarşısının alınmasında, həm də gələcəkdə yarana biləcək ciddi göz xəstəlikləri riskinin azaldılmasında həlledici rol oynayır: “0-3 yaşlı uşaqlar üçün ekran qarşısında tam qadağa tövsiyə olunsa da, gündə 1,5-2 saat günəş işığına məruz qalmağın miopiyanın irəliləməsini ləngitdiyini qeyd edib. Ailələr uşaqlarını məşğul və ya sakit saxlamaq üçün ekran cihazlarına müraciət etməməlidirlər”.

Pandemiya dövründə ekran istifadəsinin əhəmiyyətli dərəcədə artdığını xatırladan Dr. Kabadere, miopiyanın ən vacib ətraf mühit səbəblərindən birinin intensiv mavi işığa məruz qalma olduğunu bildirib: "Texnologiyanın inkişafı ilə demək olar ki, hər evdə mobil telefon, planşet və ya kompüter var. Uşaqlar evdə vaxtlarını açıq havada keçirmək əvəzinə ekranların qarşısında keçirirlər. Bu, miopiya riskini əhəmiyyətli dərəcədə artırır və əlavə edib ki, son illərdə miopiya daha gənc yaşlarda da görünməyə başlayıb”. Kabadere günəş işığının miopiyanın inkişafını ləngitdiyinin elmi cəhətdən sübut olunduğunu bildirərək deyib:“Uşaqların hər gün ən azı 1,5-2 saat açıq havada vaxt keçirmələrini tövsiyə edirik. Bu, həm göz əzələlərinin inkişafı, həm də miopiyanın inkişaf sürətini azaltmaq üçün son dərəcə vacibdir”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını xatırladan Kabadere deyib:

“Hazırda dünya əhalisinin təxminən 30 faizi miopiyaya meyllidir. Bu göstəricinin 2050-ci ildə 50 faizə çatacağı gözlənilir. Yüksək miopiyaya malik şəxslərdə qlaukoma, torlu qişanın ayrılması və makula degenerasiyası kimi ciddi xəstəliklərin inkişaf riski daha yüksəkdir. Miopiya dərəcəsi nə qədər aşağı saxlanılırsa, bu xəstəliklərin baş vermə ehtimalı bir o qədər aşağı olur.

 Miopiyanın əlamətlərindən və yaranma səbəbindən danışan oftalmoloq Emin Əlihüseynli Sherg.az-a açıqlamasında bildirib ki, miopiya (yaxın görmə) bu gün dünyada ən sürətlə yayılan görmə problemlərindən biridir, səbəbləri isə gündəlik vərdişlərimizlə birbaşa əlaqəlidir. Oftalmoloqun sözlərinə görə, çox vaxt miopiya ilkin mərhələdə özünü hiss etdirmir və valideynlər və ya pasiyentlər bunu sadəcə yorğunluq kimi qəbul edirlər. Lakin əslində miopiya gizli şəkildə irəliləyə və zamanla yüksək dərəcələrə çataraq daha ciddi fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, telefon, planşet və kompüterdən uzun müddət istifadə, yaxına çox fokuslanmaq, az fasilə vermək, açıq havada az vaxt keçirmək, uşaqlarda erkən yaşdan ekran asılılığı və genetik meyl miopiyaya səbəb olan faktorlardır: 

“Miopiya gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. 

Yaxından görmə adətən uşaqlıq və ya yetkinlik dövründə (7-15 yaşlarda) inkişaf edir. Patologiya olduğu səviyyədə qala və yaxud proqressivləşə bilər. 

Əksər xəstələrdə miopiya irsi xarakter daşıyır. Valideynləri miopiyadan əziyyət çəkən uşaqlarda bu patologiya 50% hallarda inkişaf edir. Ata və ananın görmə qabiliyyəti normal olduqda isə yalnız 8% uşaqlarda miopiya aşkarlanır. Miopiyanın ən çox rast gəlinən səbəblərinə vizual yüklənmə, iş yerinin qeyri-kafi işıqlandırılması, kompüter və ya televizora alüdəçilik, nəqliyyat vasitələrində kitab oxumağa meyllik aiddir”.

Həkimin sözlərinə görə, bir çox xəstələrdə miopiya digər göz xəstəlikləri ilə – astiqmatizm, çəpgözlük, ambliopiya, keratokonus, keratoqlobusla müşayiət oluna bilər. Göz qişalarının mikrosirkulyasiyasını pisləşdirən doğuş və ya kəllə-beyin travmaları, keçirilmiş infeksiyalar, hormonal dəyişikliklər, intoksikasiyalar görmə funksiyasına mənfi təsir göstərir. Mn, Zn, Cr, Cu və s. mikroelementlərin çatışmazlığı, miopiyanın düzgün korreksiya olunmaması, patologiyanın proqressivləşməsinə gətirib çıxarır: “Uşaqlarda miopiya uzun müddət simptomsuz gedir və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Adətən miopiya məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır. Uşaqlar lövhədəki yazıları aydın seçə bilmədiyindən ora yaxınlaşırlar və ya gözlərini qıyırlar. Miopiyalı insanlarda həmçinin qaranlıqda görmə pozulduğundan onlar axşam toran düşən vaxtda çətinliklə hərəkət edirlər.

Gözün daim məcburi gərginliyə məruz qalması onun yorulmasına – əzələ astenopiyasına gətirib çıxarır. Belə hallarda göz yuvası, o cümlədən alın, gicgah nahiyəsində güclü ağrılar meydana çıxır. Miopiya fonunda heteroforiya, monokulyar görmə və xarici müştərək çəpgözlük inkişaf edə bilər. Miopiyanın ən ağır fəsadı torlu qişanın qopması nəticəsində yaranan korluqdur. Uşaqlar və yeniyetmələrdə miopiyanın qarşısını almaq üçün görmə gigiyenasına riayət olunmalı (ekranlı vasitələrlə uzun müddət məşğul olmamalı), vaxtaşırı göz üçün idmanlar edilməli, ümum-möhkəmləndirici tədbirlər aparılmalıdır. Profilaktik baxış, miopiyalı şəxslərin dispanserizasiyası, düzgün eynək təyini mühüm əhəmiyyət kəsb edir”.

E. Əlihüseynli bildirib ki, miopiya üçün ən əhəmiyyətli risk faktoru uşaqlarda hipermetropiyanın az olmasıdır: “Məktəbəqədər yaşda miyopiya yalnız 2% hallarda rast gəlinir. Uşaqlarda profilaktik müayinələri laqeyd yanaşmayın, çünki miyopiya nə qədər tez ortaya çıxsa, irəliləmə meyli bir o qədər çox olar və mənfi cəhətləri bir o qədər çox olar və uşaq üçün bu, normal inkişafa maneə deməkdir. 

Qızlarda miopiyanın daha sürətli irəlilədiyi sübut edilib. İnkişaf etmiş ölkələrdə miopiya səviyyəsi daha yüksəkdir, təhsil və rifah səviyyəsindən asılılıq aşkar edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri