Icma.az
close
up
RU
21 REYSLƏ 2 TON AVRO... Bəşər Əsəd pulları Suriyadan belə çıxarıbmış AzPolitika onlayn siyasiictimai qəzet

21 REYSLƏ 2 TON AVRO... Bəşər Əsəd pulları Suriyadan belə çıxarıbmış AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Suriyada illərdir davam edən vətəndaş müharibəsi müxalifətin noyabrın 27-də başlatdığı əməliyyatlarla başa çatıb. 12 gün ərzində paytaxt Dəməşqə çatan müxalifət hökuməti ələ keçirib. 61 illik Baas rejiminin sona çatması ilə Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

“AzPolitika” xəbər verir ki, hazırda Moskvada yaşayan Əsədin sərvəti dünya gündəminin əsas müzakirə mövzularından birinə çevirilib. Ailəsinin və özünün var-dövləti müzakirə predmetinə çevrilən Əsədin 2019-cu ildə Moskvaya pul göndərdiyi ortaya çıxıb.

“Financial Times” (FT) Suriya Mərkəzi Bankının 2018-2019-cu illərdə Moskvaya milyonlarla dollarlıq nağd pul göndərdiyini yazıb. Xəbərdə 21 reyslə Rusiyaya təxminən 2 ton avro250 milyon dollar nağd pul göndərildiyi iddia edilib.

Nəşr qeyd edib ki, Suriya Mərkəzi Bankı Bəşər Əsədin hakimiyyəti dövründə valyuta ehtiyatları demək olar ki, tükənməsinə baxmayaraq, Moskvaya 100 və 500 avroluq əskinaslardan ibarət külli miqdarda nağd pul göndərib.

Əsədin 2019-cu ildə təyyarə ilə 10 milyon dolları 100 dollarlıq əskinaslarla, başqa bir uçuşla isə 20 milyon avronu 500 avroluq əskinaslarla göndərdiyi açıqlanıb.

Nəşr yazıb ki, 2012-2018-ci illər arasında pul köçürmələri qeydə alınmayıb. Qəzet pul vəsaitlərinin Rusiya banklarına yatırıldığını və Əsəd ailəsinin Moskvada dəbdəbəli daşınmaz əmlak aldığını iddia edib. Suriya Hüquqi İnkişaf Proqramından Eyad Həmid belə pul köçürmələrinin uzun illərdir Əsəd rejimi tərəfindən edildiyini açıqlayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see210

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see168

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see167

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see141

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see135

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see127

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see127

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri