Icma.az
close
up
RU
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir

210 minlik ordu müharibəyə hazır vəziyyətdədir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Polşa 10 ildən artıqdır ki, ən pis ssenariyə hazırlaşır - Rusiya və Qərb arasında mümkün müharibədə müdafiənin ön xəttinə çevrilir. Rusiyanın Avropada artan təcavüzünü nəzərə alaraq, Polşa hərbi strateqləri 2024-cü ilə qədər ölkəni NATO daxilində ən böyük Avropa ordusuna çevirməyi qarşılarına məqsəd qoyaraq, silahlı qüvvələri fəal şəkildə gücləndirirlər.
Reyting.az
“The Wall Street Journal”a istinadla bildirir ki, bu il Varşava hərbi xərclərini ÜDM-nin 4,7 faizinə qədər artırıb. Bu isə bütün alyans üzvləri arasında ən yüksək göstəricidir. Bu, irimiqyaslı, çox milyard dollarlıq alışlar Polşanı Amerika silahlarının ən böyük alıcılarından birinə çevirib.
Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsi və NATO-nun dayanıqlığını yoxlamaq üçün sonrakı addımları Polşanın illərdir etdiyi xəbərdarlıqları təsdiqləyib:
Qeyd olunur ki, Putinin rəhbərliyi altında Rusiya Şərqi Avropada ənənəvi təsirini bərpa etməyə çalışır.
Xatırladaq ki, Polşa əsrlər boyu Rusiyanın hökmranlığı altında əziyyət çəkib. Hətta hər bir məktəbli də bilir ki, 18-19-cu əsrlərdə Avropanın böyük dövlətləri, o cümlədən Rusiya Polşanı öz aralarında necə bölüb, müvəqqəti olaraq xəritədən siliblər. İkinci Dünya Müharibəsi zamanı İngiltərə və Fransa qarşılıqlı müdafiə müqavilələrinə baxmayaraq, nasistlərin işğalının qarşısını ala bilməyiblər.
Rusiyanın Ukrayna və Avropaya qarşı indiki hərəkətləri ölkənin yenidən hücuma məruz qala biləcəyini hiss edən Polşa siyasətçilərini bir daha narahat edir. Bu dəfə Polşa müharibəyə hazır olmaq niyyətindədir.
Baş nazir Donald Tusk sentyabrda Varşava Təhlükəsizlik Forumunda deyib: “Bu, bizim müharibəmizdir. Biz Polşanı silahlandırmaq və Polşa ordusunun genişmiqyaslı modernləşdirilməsini həyata keçirmək qərarına gəldik”.
Polşanın hərbi xərcləri həm NATO-nun şərq cinahındakı qonşuları, həm də Avropanın öz təhlükəsizliyinə daha çox diqqət yetirməsini istəyən ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanıb. Polşanın yeni prezidenti Karol Navrocki ilə görüşdə Tramp Varşavaya dəstəyini ifadə edib. O, bu dəstəyi digər Avropa ölkələrinə nadir hallarda verir.
Rusiyanın NATO ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. Ötən ilin sonunda Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan etmişdi ki, Rusiya ordusu alyansla münaqişəyə hazır olmalıdır. Lakin həmin görüşdə Putin Qərbin öz əhalisini “Rusiya təhlükəsi” nağılları ilə qorxutduğunu bəyan etməklə gərginliyi “soyutmq istəyib”. Putin, bu yaxınlarda Rusiyanın NATO-ya hücumu ideyasını “absurd” adlandırıb və Rusiya ilə münaqişə üçün bəhanə axtarmazdan əvvəl Avropaya öz problemlərini - miqrasiya və artan zorakılıq probleminin həllini tövsiyə edib.
Amma Kreml Trampı NATO qoşunlarını və silahlarını Mərkəzi və Şərqi Avropadan - 1999-cu ildə alyansın genişlənməsindən əvvəl tutduqları mövqelərə çıxarmağa çağırıb.
“Rusiyanın strategiyası Sovet İttifaqını dirçəltməyə çalışmaqdır. Və bu, Polşanı çarpaz nöqtəyə qoyur”, - Polşanın müdafiə naziri Vladislav Kosiniyak Kamış deyib.
Polşa Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən və Donbasda müharibənin başlamasından sonra yeni potensial münaqişəyə hazırlaşmaq qərarına gəlib.
Avropanın əksəriyyəti Rusiyanın təcavüzünün sonu olacağına ümid bəsləsə də, Polşa strateqləri bir il ərzində ən pis ssenariləri təhlil edərək orduda genişmiqyaslı islahatlar proqramı hazırlayıb, qoşunların sayını artırıb və onların texnikasını təkmilləşdiriblər.
Bu gün Polşa ordusunda 210.000-dən çox şəxsi heyət var ki, bu da NATO-da ABŞ və Türkiyədən sonra üçüncü ən böyük qüvvədir. 2018-ci il islahatlarından sonra yaradılan ilk yeni bölmə daimi döyüş hazırlığı vəziyyətində olan 18-ci Mexanikləşdirilmiş Diviziya olub. Daha iki oxşar bölmə formalaşma mərhələsindədir. Bundan əlavə, Polşa on minlərlə ehtiyat əsgərdən ibarət ərazi müdafiə qüvvələri yaradıb.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri