Icma.az
close
up
RU
2100 cü ilin xəritəsi: Hansı ölkələr yox ola bilər?

2100 cü ilin xəritəsi: Hansı ölkələr yox ola bilər?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Dünya okeanının səviyyəsinin yüksəlməsi əsrin sonuna qədər bütöv ada dövlətlərini xəritədən silə və milyonlarla insanın yaşadığı sahilyanı şəhərləri su altında qoya bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.

XX əsrdə dəniz səviyyəsi ildə orta hesabla 1,4 millimetr yüksəlirdi. Lakin 2006–2015-ci illərdə bu göstərici ildə 3,6 millimetrə çatıb. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının ("NOAA") proqnozuna görə, növbəti əsrin əvvəlində dəniz səviyyəsi 2000-ci illə müqayisədə ən azı 0,3 metr yüksək olacaq.

İqlimşünaslar 2100-cü ilədək dəniz səviyyəsinin 40–63 santimetr artacağını proqnozlaşdırırlar. "Nature Communications" jurnalında 2019-cu ildə dərc olunmuş araşdırmaya əsasən, bu dəyişikliklərin nəticələrini birbaşa 250 milyona qədər insan hiss edə bilər.


Ən böyük risk dəniz səviyyəsindən çox az hündürlükdə yerləşən ada dövlətləri üçün mövcuddur. Təxminən 540 min nəfər əhalisi olan və 1,2 min adadan ibarət Maldiv adalarının orta hündürlüyü cəmi 1 metrdir. Narahat Alimlər İttifaqının hesablamalarına görə, dəniz səviyyəsinin 45 santimetr yüksəlməsi ölkənin quru ərazisinin 77 faizini yararsız vəziyyətə sala bilər.

Orta hündürlüyü 1,8 metr olan Kiribati isə dəniz səviyyəsi 0,9 metr yüksələrsə, ərazisinin üçdə ikisini itirə bilər. Bəzi tədqiqatlar hər iki dövlətin gələcəkdə tamamilə su altında qala biləcəyini də istisna etmir.

Sakit okean regionunda təhlükənin miqyası daha genişdir. "Science and Development Network"un məlumatına görə, sahil xəttindən 10 kilometr məsafədə yaşayan təxminən 3 milyon ada sakini əsrin sonunadək köçürülmək məcburiyyətində qala bilər. Solomon adalarında bu proses artıq müşahidə olunur. 2016-cı ildə aparılmış araşdırma nəticəsində beş adanın tamamilə yox olduğu, daha altı adada isə sahil xəttinin geri çəkildiyi müəyyən edilib.

Böyük ölkələr arasında ən çox zərər görə biləcək dövlətin Çin olduğu bildirilir. Burada 43 milyon sahilyanı sakinin risk altında olduğu qeyd olunur. Sonrakı yerlərdə Banqladeş (32 milyon nəfər) və Hindistan (27 milyon nəfər) qərarlaşıb.

Ən dramatik nümunələrdən biri isə İndoneziyanın paytaxtı Cakartadır. Yeraltı suların həddindən artıq çəkilməsi səbəbindən şəhər hər il 5–10 santimetr çökür. Bu proses dəniz səviyyəsinin yüksəlməsi ilə birlikdə şəhərin əhəmiyyətli hissəsinin artıq 2050-ci ilədək su altında qalmasına səbəb ola bilər. Bu səbəbdən İndoneziya hökuməti paytaxtı Borneo adasında yerləşən Nusantara şəhərinə, Cakartadan təxminən 2 min kilometr uzaqlığa köçürür. Risk altında olan digər iri şəhərlər sırasında Dəkkə, Laqos və Banqkok da göstərilir.

Plimut Universitetinin professoru Gerd Masselinkin sözlərinə görə, təhlükənin miqyası ilə yanaşı, sahil-mühafizə infrastrukturunun qurulması və saxlanılması imkanları da həlledici rol oynayır. Ərazisinin böyük hissəsi artıq dəniz səviyyəsindən aşağıda yerləşən Niderland nümunəsi göstərir ki, düzgün mühəndislik həlləri və müdafiə qurğuları mümkün zərərləri əhəmiyyətli dərəcədə azalda bilər.

Digər iqlim xəbərləri

Bundan əvvəl bildirilmişdi ki, iyunun 21-dən etibarən Avropada güclü istilik dalğası müşahidə olunur. Bir sıra ölkələrdə havanın temperaturu 40°C-yə yaxınlaşıb ki, bu da genişmiqyaslı xəbərdarlıqlara və nəqliyyatın işində fasilələrə səbəb olub. İtaliya Bolonya, Florensiya, Milan və Turin də daxil olmaqla səkkiz şəhərdə ən yüksək təhlükə səviyyəsi elan edib.

İspaniyada isə Pireney yarımadasının böyük hissəsində həftənin ortalarınadək temperaturun 39–40°C olacağı proqnozlaşdırılıb. Mütəxəssislər bunu Qərbi və Mərkəzi Avropa üzərində formalaşmış, "istilik qübbəsi" yaradan Afrika antisiklonunun Saxaradan gətirdiyi isti hava kütlələri ilə əlaqələndirirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri