Keşlə sakinləri 15 nömrəli marşrutdan narazılıq edirlər: Avtobus çox gec gəlir, axşam doqquzdan sonra işləmir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakının Keşlə qəsəbəsinin sakinləri uzun müddətdir istifadə etdikləri 15 nömrəli marşrut avtobuslarının həm texniki vəziyyətindən, həm də xidmət səviyyəsindən narazılıq edirlər.
Qəsəbə sakinləri bildirirlər ki, marşrut xəttindəki nəqliyyat vasitələrinin əksəriyyəti köhnədir, oturacaqların bir çoxu isə yararsız vəziyyətdədir.
Vətəndaşlar avtobusların qrafiki ilə bağlı da ciddi şikayətlərini dilə gətiriblər. Sakinlərin sözlərinə görə, avtobuslar çox gec gəlir, bəzən isə saatlarla gəlmədiyi müşahidə olunur. Ən böyük problemlərdən biri isə axşam saat 9-dan sonra marşrutun demək olar ki işləməməsidir.
Narazı vətəndaşlardan biri vəziyyəti belə xarakterizə edib: "Yararsızdır, çox gec gəlir. Bəzən elə olur saatla gəlmir". Digər bir sakin isə əlavə edib: "Axşam 9-dan sonra heç biri işləmir".
Məsələ ilə bağlı münasibət bildirən marşrut sürücüləri isə yanvar ayının 1-dən etibarən xəttə yeni avtobusların daxil olacağını bildiriblər.
Daha ətraflı Baku TV-nin süjetində:
Keşlə sakinləri 15 nömrəli marşrutdan narazılıq edirlər: "Avtobus çox gec gəlir, axşam doqquzdan sonra işləmir"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Oktyabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















