Icma.az
close
up
RU
YouTube tətbiqinə 3 yeni düymə əlavə edildi

YouTube tətbiqinə 3 yeni düymə əlavə edildi

Icma.az, Modern.az saytına istinadən bildirir.

“YouTube” mobil tətbiqinin ana səhifəsini yeniləyir. “Android” və “iOS” istifadəçilərinə yayılan yeni görünüşdə adi videonu açmadan bəyənmək, şərhlərini oxumaq və videonu sonraya saxlamaq olur.

Modern.az xəbər verir ki, platforma bundan əvvəl “Abunəliklər” bölməsini aşağı menyudan ana səhifənin yuxarısına köçürmüşdü. Həmin dəyişiklik bir çox izləyicinin xoşuna gəlməmişdi.

3 yeni düymə videonun üz qabığının altındadır. Saxlama düyməsi videonu sonraya saxlayır, şərh düyməsi ilə izləyicilərin yazdıqlarını elə ana səhifədən oxumaq olur. Saxlama düyməsinin sağındakı 3 nöqtəli menyudan videonu başqa ekrana ötürmək, paylaşmaq və ya onunla bağlı şikayət göndərmək olur. Səhifəni aşağı sürüşdürəndə bəyənmə düyməsinə səhvən toxunsanız, bu, sonrakı video tövsiyələrinə təsir edə bilər.

Yenilənmiş ana səhifədə videolarla yanaşı reklamlar, izləmə siyahıları, fotolar, kanal paylaşımları və “Playables” oyunları da göstərilir. Adi videoların arasında 4 qısa videodan ibarət “Shorts” bloku var. Əvvəlki görünüşdən fərqli olaraq, blokun kənarlarında boşluq qalmayıb və o, ekranın bütün enini tutur.

“YouTube” yeni görünüşü hələ rəsmən elan etməyib. Dəyişiklik tətbiqin yenilənməsi ilə yayılır. Yeni görünüş “Android” üçün 21.47.483, “iOS” üçün isə 21.47.6 versiyasında görünür. Hazırda tətbiqin ayarlarında ana səhifənin əvvəlki görünüşünə qayıtmaq üçün ayrıca seçim yoxdur.

“Shorts” videolarını daha az görmək istəyənlər tətbiqin ayarlarında vaxtı idarəetmə bölməsinə keçib limiti 0 dəqiqəyə endirə bilərlər. Bu seçim qısa video bloklarını həm ana səhifədə, həm də “Shorts” bölməsində gizlədir. Abunə olduğunuz kanalların qısa videolarına və sizə birbaşa göndərilən linklərdəki videolara yenə baxa bilərsiniz. Amma həmin videodan sonra ekranı sürüşdürüb tövsiyə olunan növbəti qısa videoya keçmək olmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2026 05:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri