Icma.az
close
up
RU
23 qırmızı vərəqə və hərbi polisin müdaxiləsi...

23 qırmızı vərəqə və hərbi polisin müdaxiləsi...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kruzeyro” və “Atletiko Mineyro” son illərdəki ən parlaq futbol oyunlarından birini keçirdi. Mineyro Liqasının final görüşünün son saniyələrində komandalar elə amansız dava-dalaş törətdi ki, hərbi polisin müdaxiləsi lazım oldu. Hakim isə rekord sayda – 23 qırmızı vərəqə göstərdi.

"Football-plus.az" xəbər verir ki, bu klubların duelində Mineyro Liqasının qalibi bəlli olacaqdı. 60-cı dəqiqədə “Kruzeyro”nun forvardı Kayo Jorje hesabı açdı. “Atletiko” qalan müddət ərzində bu qolun əvəzini çıxa bilmədi. Hətta rəqib qapısının çərçivəsinə bir zərbə də vurmadı. Lap sonda futbolçuların əsəblərinin tab gətirməməsi təəccüb doğrurmadı.
Dava “Mineyro”nun qapıçısı Eversonun hərəkətləri üzündən başladı. Qapıçı əvvəlcə onunla toqquşan rəqibin hücumçusu Kristianı döyüş fəndi ilə yerə sərdi, ardından onun üzərində oturaraq zərbə yağdırmağa başladı.
Kristianın komanda yoldaşları bu hərəkəti bağışlamadı və Eversonun üzərinə şığıdılar. Bundan sonra davanı dayandırmaq çətin idi, hətta hərbi polis meydana çıxmalı oldu. Hərbi polisin bununla bağlı açıqlamasında deyilir:

“Müdaxilə təhlükəsizlik xidmətinin öhdəliklərindən biridi. Protokolda hakimlər briqasasının təhlükəsizliyinin təmin olunması göstərilib ki, biz də bunu yerinə yetirdik”.


Tezliklə futbolçular sakitləşdi, oyun isə “tülkülər”in 1:0 hesablı qələbəsi ilə bitdi. Hakim 23 qırmızı vərəqə payladı: 12-ni “Kruzeyro”nun, 11-ni “Atletiko”nun futbolçularına. Əvvəlki rekord 1954-cü ildə keçirilən “Botafoqo” – “Portugeza” oyununda müəyyənləşdirilmişdi. Onda 22 futbolçu meydandan qovulmuşdu.
Dünyaca məşhur Halk da Braziliya futbolunun tarixinə düşə bilərdi. O, ardıcıl 4 il ştat çempionatının bombardiri olmuşdu. Ancaq 2026-da bu seriya qırıldı: ulduz finalda bir qol da vura bilmədi. Beləcə Halk 4 dəfə turnirin snayperi olan Dada Marvilyanın rekordunu yeniləməyi bacarmadı.
Əvəzində azarkeşlərin yadında davada fəal iştirakla qaldı. Kameralardan biri Halkin davada iştirak etməyən rəqib oyunçunu arxadan necə vurduğunu göstərir. Yeri gəlmişkən, futbolçu oyundan sonra bütün məsuliyyəti hakimin boynuna yıxıb:

“Ya hakim oyunu nəzarət altına alır, ya da oyun tam xaosa çevrilir. Azarkeşlərdən üzr istəməliyik, belə zorakılıq səhnələrini görmək təəssüf doğurur. Bunları uşaqlara və yeniyetmələrə göstərməməliyik”.


Hələ ki KONKAKAF-ın bu məsələ ilə bağlı hansısa sanksiyalarından xəbər yoxdu. Qurum başverənləri araşdırır. Ancaq futbolçuların çox sərt cəzalardan qaçacağı gözlənilir. İdman hüququ sahəsində ixtisaslaşan jurnalist və vəkil Andrey Kampffı dinləyək:

“Belə hallarda ən geniş yayılan təcrübə Braziliya İdman Ədaləti Məcəlləsinin 254-cü maddəsinin tətbiqidi ki, o da 4 oyundan 12 oyuna qədər cəza nəzərdə tutur”.


Kampff onu da vurğulayıb ki, cəzalar yalnız ştatın daxili çempionatında tətbiq olunacaq. Amma futbolçular heç nə olmayıbmış kimi Braziliyanın A seriyasında oynamağa davam edəcəklər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri