23:00 dan sonra Bakıda vəziyyət dəyişir Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından, Piramida istiqamətindən Heydər Əliyev prospektinədək olan hissəsini və Bakıxanov qəsəbəsi istiqamətindəki yolu əhatə edəcək. pizza sifarişi
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı tarixlərdə tam məhdudlaşdırılacaq:
21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;
22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;
23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.
Sürücülərdən qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Oktyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















