Icma.az
close
up
RU
“27 min manatı rəisə çatdırdım” MƏHKƏMƏ

“27 min manatı rəisə çatdırdım” MƏHKƏMƏ

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Abdulla Ələsgərov bildirib ki, özəl şirkətlərdən birində hüquqşünas işləyir, təqsirləndirilən Ramin Şükürovu tanıyır:

"Raminlə ailəvi dostuq etmişik. Nadir Sultanlı isə yaxın dostumdur. O, Polşada oxuyurdu. Həmin dövrdə Bakıya gəlmişdi, bununla bağlı yığıncaq təşkil etmişdik. Yığıncaqda Nadir mənə dedi ki, burada az vaxtı var, geri qayıtmalıdır. O, səfərbərliyə çağırıldığını, həmçinin ürəyində problem olduğunu söylədi. Burada vaxtı az olduğu üçün ona xəstəliyi ilə bağlı sənədinin qəbul edilməməsindən narahat idi. Məndən bu məsələnin düzəlməsi üçün adam təşkil etməyimi istədi. Məndə bu məsələnin həll olunması üçün Ramin Şükürova müraciət etdim. Ondan dostum Nadirə köməklik etməsini xahiş etdim. Həmin dövrdə Ramin Şükürov Xəzər rayonunda işləyirdi. Amma Nadir Nərimanov şöbəsindən çağırılmışdı. Bu söhbətdən bir neçə gün sonra Ramin Şükürov mənimlə əlaqə saxladı, Nadir Sultanlının işini həll olunması üçün maliyyə lazım olduğunu söylədi. Həmin dövrdən uzun müddət keçib, buna görə də hadisələri dəqiq xatırlamıram. Nadir Sultanlı məsələsinin həlli olunması üçün mənə vəsait verdi. Mən də həmin vəsaiti Ramin Şükürova çatdırdım".

Şahid daha sonra ifadəsində göstərib ki, onun digər dostu Əhməd Əhmədzadənin əsgərlik məsələsi olub və onunla bu məsələni də Ramin Şükürovla danışıb: "Əhməd mənim yaxın dostumdur. O, da xaricdə təhsil alıb, ürəyində problemlər var idi. Amma səfərbərliyə çağırıldığı üçün narahat idi. Hesab edirdi ki, işində nəsə problemlər yarana bilər. Buna görə də məsələsi pulla həll etmək istəyirdi. Məndən bu məsələni həll edəcək adam tapmaq istədi. Mən də Ramin Şükürov ilə yaxın olduğum üçün ona müraciət etdim. O da bu məsələnin həll olunması üçün pul istədi. Amma konkret detallar yadımda qalmayıb. Ramin Şükürovun dediklərini Əhməd Əhmədzadəyə demişəm. O da mənə müəyyən məbləğ verdi, mən də Ramin Şükürova çatdırdım".

Sorğu-sual zamanı şahid deyib ki, dəqiq yadında qalmasa da, Nadir Sultanlıdan 27 min manat alaraq Ramin Şükürova çatdırıb. Amma Ramin Şükürovun vəkilləri deyiblər ki, zərərçəkmiş Nadir Sultanlı Ramin Şükürova çatdırılması üçün Abdulla Ələsgərova 30 min dollar verib.

Şahid isə bu faktı təsdiqləyib və deyib ki, 27 min manat məbləğində pulun çatdırılması üçün təxmini məbləğ deyib. Onun sözlərinə görə, vaxtdan uzun müddət keçib və dəqiq vəsaiti xatırlamır.

Təqsirləndirilən Ramin Şükürov şahidin ifadəsinə münasibət bildirib. O deyib ki, Abdulla Ələsgərov atası ilə eyni idarədə işləyiblər.

O, şahidin dediklərinin hamısının yalan olduğunu deyib: "Mənə hər iki işlə bağlı Abdulla müraciət edib. Mən də onlara qaydaları izah etmişəm. Xəstə olduqları üçün komissiyadan keçmələri üçün məsləhət görmüşəm. Aramızda pul söhbəti olmayıb".

Daha sonra hakim elan edib ki, iş üzrə bir şahid qalıb və bu da Cəlil Bəhramzadədir. Hakim deyib ki, həmin şahid hazırda işğaldan azad olunmuş ərazilərdə xidmət edir və işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyi barədə məktub yazıb.

Hakimlər heyətinin qərarı ilə Cəlil Bəhramzadənin ifadəsi elan edilib.

Proses noyabrın 5-də davam edəcək.

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Daha sonra isə bu il sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri