27 ölkədən “Sabah” “Hapoel” oyununa bilet alınıb
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Hapoel” (İsrail, Beer-Şeva) matçına maraq böyükdür.
QOL.az xəbər verir ki, “Sabah” klubunun yaydığı məlumata əsasən, qarşılaşmaya 27 ölkədən azarkeş bilet alıb.
Bunlar Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, ABŞ, İsrail, Gürcüstan, İspaniya, Avstriya, Niderland, Qazaxıstan, BƏƏ, Özbəkistan, İtaliya, Polşa, Çexiya, Qətər, Serbiya, Honq Konq, Misir, Fransa, Mərakeş, Rumıniya, İsveç, Latviya, Rusiya və Sinqapurdur.
Dünən axşama olan məlumata əsasən, qarşılaşmaya ümumilikdə 20 minə yaxın bilet satılmışdı. Oyuna qədər bu sayın artacağı gözlənilir.
“Sabah” – “Hapoel” görüşü bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk matç İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Baxış sayı:99
Bu xəbər 25 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















