27 Sentyabr Anım Günü münasibətilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Şəhidlər Xiyabanını ziyarət edib
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
27 Sentyabr – Anım Günü münasibətilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Şəhidlər Xiyabanını ziyarət edib.
27 Sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Ziyarət zamanı iştirakçılar həmçinin şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə yeni inşa edilmiş memorial kompleksi də ziyarət edərək önünə əklil qoyublar.
Xiyabanda ziyarətə gələn şəhid ailələri ilə görüşülüb, Vətən uğrunda can verən övladlarının qəhrəmanlıqları ehtiramla anılıb.
Qeyd: Məlumat üçün bildiririk ki, 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin müxtəlif rayon filialları da öz bölgələrində anım tədbirləri keçirib, şəhidlər xiyabanlarını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Sentyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















