Icma.az
close
up
RU
27 yaşlı gəlini əri öldürübmüş Kamp qurarkən yaxalandı FOTOlar

27 yaşlı gəlini əri öldürübmüş Kamp qurarkən yaxalandı FOTOlar

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə baş verib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, boşanma ərəfəsində olduğu həyat yoldaşı 27 yaşlı Sinem Somunu silahla qətlə yetirən və daha sonra hadisə yerinə gələn məhəllə nəzarətçisi Emrah Eratanı ayağından yaralayan 30 yaşlı Ali Eren Somun hadisədən sonra qaçaraq gizlənib.

Onun axtarışları nəticəsində Sinop vilayətində çadır quraraq kamp etməyə çalışdığı yerdə yaxalandığı bildirilib.

Cinayətdən sonra qaçdı, çadır qurarkən həbs edildi

Cinayətdən sonra motosikletlə qaçan şübhəli üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Araşdırmalar nəticəsində Ali Eren Somunun Sinop şəhərinin yaxınlığında, ucqar ərazidə kamp qurmağa çalışdığı müəyyən olunub. Polis qrupları tərəfindən keçirilən əməliyyatla şübhəli saxlanılıb.

"Ali Eren üçün intiqam tələsməz"

Ali Eren Somunun cinayətdən 6 gün əvvəl sosial media hesabında paylaşdığı mesaj diqqət çəkib. Paylaşımda o belə yazıb:

"Qulağınıza sırğa olsun. Ali Eren heç nəyi yarımçıq buraxmaz. Ona qarşı edilən haqsızlıqlar unudulmaz, bağışlanmaz. Sakit qaldığını düşünənlər bilsin ki, o sadəcə zamanını gözləyir. Çünki Ali Eren üçün intiqam tələsməz. Haqq yerini tapmadan içi soyumaz".

Bu paylaşım onun cinayəti əvvəlcədən planladığını göstərir.

"İnsan olmaq bu qədər sadədir" - Sinemin son sözləri

Qətlə yetirilən Sinem Somun sosial media hesabından cinayətdən az əvvəl etdiyi paylaşım isə sosial şəbəkələrdə dərin təsir yaradıb.

O paylaşımda belə yazıb:

"Çox sadədir əslində. Heyvanları öldürməyəcəksən, meşələri yandırmayacaqsan, qadınlara və uşaqlara zərər verməyəcəksən. Qəlb qırmayacaqsan. İnsan kimi yaşayıb, adam kimi ölüb gedəcəksən. Bu qədər sadə. İnsan olmaq bu qədər sadədir".

Kənan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see211

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see196

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see181

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see176

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see145

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see131

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see128

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see127

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see126

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see125

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see124

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri