Novruz Aslanov İsmayıllıda hesabat yığıncağınada iştirak etdi FOTOLAR
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Dekabrın 24-də İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.
Globalinfo.az bildirir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslanov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov ilin yekunlarına dair ətraflı məlumat verib. O, sosial-iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq tədbirləri, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması və sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd olunub ki, yol, içməli su, elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması sahəsində mühüm layihələr icra edilib.
Daha sonra çıxış edən millət vəkili Novruz Aslanov ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. O, İsmayıllı rayonunda aparılan genişmiqyaslı quruculuq işlərinin Prezident siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində İsmayıllı rayonunda son 5 ildə görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda həyata keçirilən layihələr, sosial obyektlərin tikintisi və yenidən qurulması, abadlıq işləri və digər mühüm fəaliyyətlər əks olunub.
Yığıncağın sonunda tədbir iştirakçıları cənab Prezident İlham Əliyevin ad günü münasibətilə dövlət başçısına müraciət ediblər, təbriklərini çatdırıblar, möhkəm cansağlığı, uzun ömür və ölkənin inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıblar.
Sonda qeyd olunub ki, İsmayıllı rayonunda dayanıqlı inkişafın təmin edilməsi və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Baxış sayı:42
Bu xəbər 26 Dekabr 2025 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















