Hakan Fidanla bağlı skandalda Putin izi: Moskvada hansı tapşırıq verilib?
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Dekabrın 23-də Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşqdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani ilə birlikdə keçirdiyi mətbuat konfransında yaşananlar birmənalı qarşılanmayıb.
Belə ki, Fidanın çıxışı zamanı ərəbcə anons səsləndirilib və brifinqin bitdi elan edilib. Türkiyəli nazir həmin an heyrətini gizlədə bilməyib, daha sonra gülümsəyərək həmkarı ilə sağollaşıb. Maraqlıdır ki, Suriyanın keçid hökuməti ilə Ankaranın yaxın olduğu bildirilsə də, Dəməşq rəsmilərindən zaman-zaman Türkiyəyə ünvanlı xəbərdadlıq çağırışları səsləndirilir.
Dəməşqdə brifinq zamanı yaşananılar necə dəyərləndirilməlidir? Suriya hökumətinin ABŞ-la müzakirələri genişləndirilməsi fonunda bu, bir növ mesaj ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, baş verən hadisə ilk baxışda protokol xətası və ya texniki anlaşılmazlıq kimi görünə bilər:
“Lakin diplomatiyada, xüsusilə də Yaxın Şərq kimi həssas coğrafiyada simvolik jestlər və davranış formaları çox zaman özündə müvafiq siyasi mesaj daşıyır. Bu baxımdan Dəməşqdə Hakan Fidanın çıxışı zamanı brifinqin bitdiyinin elan edilməsi təsadüfi epizoddan daha geniş kontekstdə dəyərləndirilmə tələb edir.
Belə ki, hadisənin baş vermə məkanı və zamanı nəzərə alındıqda Suriya tərəfinin şüurlu hərəkət ehtimalı da yüksək görünür. Ankara ilə Dəməşq arasında münasibətlər ən üst səviyyədə olsa da, həqiqətən Suriya rəsmilərinin zaman-zaman Ankaraya xəbərdarlıq tonunda mesajlar verməsi müşahidə olunur. Odur ki, brifinqdə yaşanan bu hadisə də həmin xəbərdarlıqların vizual ifadəsi kimi şərh oluna bilər. Suriya hər nə qədər Türkiyə ilə yaxınlaşmaq istəsə də, bu prosesin müəyyən şərtlərə bağlı olduğunu göstərməyə çalışır.
Eyni zamanda bu hadisə ABŞ və digər beynəlxalq aktorlar fonunda da mesaj xarakteri daşıyır. Suriya hökumətinin ABŞ-la təmaslarının genişləndirilməsi, diplomatik dialoqun bir neçə mərkəzlə aparılması ölkənin Ankaraya göstərmək istədiyi əsas nöqtələrdən biridir. Bu jest, Suriyanın təkcə Türkiyə ilə deyil, regional və qlobal balansı nəzərə alaraq siyasət yürütməsini nümayiş etdirir. Vaşinqton və Ankara kimi aktorlarla paralel dialoqlar, Dəməşqin müstəqil siyasi manevr imkanlarını qorumaq strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər”.
Yusif Bağırzadə
Politoloq vurğulayıb ki, burada Rusiya amili də mühüm rol oynayır:
“Moskva hələ də Suriya üçün əsas təhlükəsizlik və diplomatik dayaqlardan biri olaraq qalır. Rusiya–Suriya münasibətlərinin intensivliyi də Dəməşqin Ankaraya ünvanladığı mesajlarda dolayı təsirə malikdir. Elə dekabrın 24-də Suriyanın xarici işlər naziri Əsəd Şeybani və müdafiə naziri general-mayor Murhaf Əbu Kasranın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü, burada xüsusilə hərbi sənaye sahəsində strateji əməkdaşlığa diqqət yetirilməsi, eləcə də Dəməşq və Moskva arasında beynəlxalq platformalarda siyasi və diplomatik koordinasiyanın əhəmiyyətinin qeyd olunması Kremlin Türkiyənin Suriyada tək söz sahibi olmasını istəmədiyini göstərir.
Bütün bunlar nəzərə alınaraq, Dəməşqdə baş verən hadisə yalnız protokol xətası deyil, çoxvektorlu xarici siyasətin simvolik epizodu kimi qiymətləndirilməlidir. Dəməşq nümayiş etdirməyə çalışır ki, onun alternativləri var. Amma Suriya hakimiyyətinin hansı mesajı vermək istəməsindən asılı olmayaraq Türkiyə ilə münasibətlərdə baş verə biləcək problemlər ölkənin gələcəyi üçün çox ağır nəticələrə səbə olacaq. Suriya ciddi təhlükəsizlik, diplomatik və iqtisadi problemlərlə üzləşə bilər. Düşünürəm ki, Ankara bunları müvafiq mesajlarla Dəməşq hökumətinə xatırladacaq”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















