Icma.az
close
up
RU
Zelenski hə dedi, 4 ərazinin adı çəkildi Putini yalnız o razı salacaq

Zelenski hə dedi, 4 ərazinin adı çəkildi Putini yalnız o razı salacaq

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitekerin son açıqlaması diqqət çəkib. Uitker Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda iştirak edən tərəflərin dörd yekun sənəd üzərində işi davam etdirdiklərini bildirib.

Bu sənədlərin ABŞ-ın təklif etdiyi 24 maddəlik sülh sazişi ilə əlaqəsi varmı? Yekun razılaşma sənədlərində hansı müddəaların yer alması mümkündür?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya-Ukrayna müharibəsi artıq başa çatmaq üzrədir:

“Çünki ABŞ, hər an region ölkələrinə sıçrama təhlükəsi olan bu müharibəyə dəstəyini artıq davam etdirmək istəmir. Başqa sözlə, ABŞ özünün NATO öhdəlikləri çərçivəsində qlobal müharibəyə cəlb olunmasına qarşı çıxır. Odur ki, Ukraynanın kapitulyasiyası bahasına olsa belə, Prezident Donald Trampın 28 maddəlik “sülh planı” gündəmə gəldi. Lakin sənəddəki maddələrin Kiyev üçün qəbuledilməzliyi fonunda Ukrayna lideri Volodimir Zelenski buna sərt şəkildə qarşı çıxaraq, “Biz ya ən yaxın müttəfiqimizi, ya da şərəfimizi itirə bilərik”, – deyə mövqe bildirdi. Bundan sonra fərqli platformalarda – Cevenrə, Luanda, Florida və Mayamidə aparılan danışıqlar 28 maddəlik planın Ukraynanın xeyrinə müəyyən qədər yumşaldılması ilə nəticələndi.

Zelenski Cenevrədə avropalı liderlərlə danışıqlarda özünə siyasi dəstəyi artıraraq 28 maddəni 19 maddəyədək azaltmağa, suverenlik məsələsinə vurğu etməyə, Ukraynanın NATO üzvlüyü məsələsinə birdəfəlik son qoymağın qarşısını almağa nail olmuşdu. Lakin aydındır ki, Avropa dövlətlərinin Rusiyanın “qırmızı xətlərini” dəyişdirmək, Moskvanı yenilənmiş sülh şərtlərinə razı salmaq iqtidarı yoxdur. Odur ki, Zelenski yenidən danışıqlar üçün ABŞ platformasına üstünlük verməli və NATO-ya üzvlük iddiasından imtina etməli oldu. Hazırda Rusiya Prezidenti Vladimir Putinlə konstruktiv dialoqla müəyyən nəticəyə nail olmaq gücü yalnız Trampa məxsusdur. Odur ki, Zelenskinin Trampı son olaraq 28 deyil, 20 maddəlik sülh planına razı sala bilməsi Kiyev üçün “uğur”dur. Ukrayna NATO üzvlüyündən imtina etməli olsa da, Alyansın Nizamnaməsinin 5-ci maddəsi – kollektiv təhlükəsizlik əsasında təhlükəsizlik təminatları alması burada vurğulanır. Həmçinin 28 maddəlik sənəddə qeyd edildiyi şəkildə 600 minlik deyil, 800 minlik ordunun saxlanması “uğur” kimi qəbul olunur. Halbuki, Ukrayanın hazırda aktiv ordusunun tərkibi 1,3 milyon, ümumilikdə isə 2 milyon nəfərdir. İstənilən halda “sülh” çərçivəsində Ukrayna ordusu məhdudlaşdırmalı olacaq. Həmçinin bu ölkənin nüvəsiz statusu bir daha təsdiq ediləcək”.


Şəhla Cəlilzadə 

Siyasi şərhçi bildirib ki, qeyd edilən status ilk dəfə 1991-ci ildən sonrakı danışıqlar nəticəsində 1994-cü ildə imzalanan Budapeşt Bəyannaməsi ilə təsdiq olunmuşdu:

“ABŞ, Rusiya və Böyük Britaniya nüvə arsenalından imtinası əvəzinə Ukraynanın ərazi bütövlüyünə təminat vermişdilər. Göründüyü kimi, müvafiq beynəlxalq öhdəliklərinə heç də əməl etmədilər. Bununla yanaşı, Rusiya-Ukrayna sülh sazişinin son layihəsində yer alan tələblərdən biri öhdəliklərə əməl edilməsidir. Əks halda, sanksiyaların tətbiqi nəzərdə tutulur. Bu layihədə demək olar ki, Rusiyanın əsas tələbləri nəzərə alınır. Razılaşdırılması çətinlik yaradacaq əsas məqam isə ərazi məsələsidir. Belə ki, Rusiya, Ukrayna ordusunun Donbas vilayətinin bütün ərazisindən çıxmasını tələb edir. Lakin Kiyev hazırda vilayətin dörddə bir hissəsinə nəzarəti saxlayır və hazırki atəşkəs xətti üzrə saziş imzalanmasını istəyir. Bununla belə, Ukrayna Rusiyanın təzyiqləri fonunda ABŞ-ın yeni təklifini – müvafiq ərazilərdən geri çəkilməsi, burada hərbsizləşdirilmiş və azad iqtisadi zona yaradılmasını – qəbul etməli oldu. Moskva bu “güzəştin” əvəzində Donetsk, Luqansk, Xerson və Zaparojye bölgələri istisna, işğal etdiyi digər ərazilərdən çıxması ilə bağlı Ukraynanın tələbinə razılıq verərsə, tezliklə müharibə başa çatacaq. Adı çəkilən bu əraziləri isə Rusiya de-fakto ilhaq edib, psevdo-referendum ilə öz ərazisi adlandırıb. Beləliklə Ukrayna beynəlxalq “dəstəklə” (təzyiqlə) artıq bu ərazilərin itirilməsi faktı ilə barışmalı olur.

Digər ərazilərin itirilməsinin isə qarşısını almağa çalışır, lakin buna Rusiyanın necə cavab verəcəyi məlum deyil. Həmçinin Kiyev və Moskvanın Zaparojye AES-ə ikili (ABŞ-Ukrayna), yoxsa üçlü (Rusiya da daxil) nəzarət mexanizmi həyata keçirilməsi məsələsində mövqeləri toqquşur. Beləliklə, ictimaiyyətə açıqlanan 20 maddə sülhün son mətni deyil. Burada Rusiyanın razı olub-olmayacağını hələ ki, bilmədiyimizin müvafiq məsələlər var. Danışıqlar bu məsələlərin son razılaşdırılmasınadək davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri