Icma.az
close
up
RU
28 illik sirr açılmır: Toskan dü Plantyeni kim öldürüb? İşə FTB qarışdı

28 illik sirr açılmır: Toskan dü Plantyeni kim öldürüb? İşə FTB qarışdı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1996-cı ildə İrlandiyada qətlə yetirilən fransız film rejissoru Sofi Toskan dü Plantyenin ölümündəki sirr hələ də açılmayıb. 

Qaynarinfo xəbər verir ki, son günlərdə İrlandiya polisinin bu mürəkkəb qətlin həlli üçün ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) müraciət etməsi mərhumun ailəsinə ümid işığı olub.

Qorxunc hadisə: Sofi Toskan dü Plantyenin ölümü

23 dekabr 1996-cı ildə İrlandiyanın Kork şəhəri dəhşətli bir hadisənin şahidi olub. 39 yaşlı Sofi Toskan dü Plantye Korkun qərbindəki Şull qəsəbəsində yerləşən bağ evinin önündə döyülərək öldürülmüş vəziyyətdə tapılıb. Evli və bir uşaq anası olan Toskan dü Plantyenin Şull qəsəbəsinə səfərinin səbəbi Milad bayramından əvvəl tək qalaraq film ssenariləri üzərində işləmək olub.

Hadisədən 28 il keçməsinə baxmayaraq, Toskan dü Plantyenin ölümündəki sirr tam olaraq açıla bilməyib. 2018-ci ildə bir podkast, 2021-ci ildə isə sənədli filmə mövzu olan bu cinayətin cavabsız qalan sualları hələ də diqqət mərkəzindədir.

FTB ilə əməkdaşlıq və yeni sübutların ümidi

"Irish Independent" qəzetinin yaydığı xəbərə görə, son günlərdə İrlandiya polisi ("An Garda Síochana" və ya "Gardai") Toskan dü Plantyenin qətlinin həllində FTB-dən yardım istəyib. Polis qətl zamanı mərhumun geyimlərini ABŞ-ın Virciniya ştatının Quantiko şəhərində yerləşən FTB araşdırma mərkəzinə göndərib. İrlandiya polisi texnologiyanın inkişafı və yeni perspektivdən sübutlara baxışın bu uzun müddətli müəmmanı həll edə biləcəyinə ümid edir.

Toskan dü Plantyenin əmisi Jan Pier Qazo bu inkişafı "Daily Mail" qəzetinə dəyərləndirərək deyib: "Optimist olduğumu deyə bilmərəm. Əlbəttə, FTB araşdırması yeni sübutlar ortaya çıxarsa, bu möhtəşəm olar, lakin hələ də şübhələrim var. Gözləyib görəcəyik. Buna baxmayaraq, bu cür araşdırmanı tam dəstəkləyirəm".

Keçmişin izində: mütəxəssislərin fikirləri

İllərdir bu hadisəni araşdıran təqaüdçü məhkəmə ekspertizasının mütəxəssisi Bridcet Şapu "Gardai"nin müxtəlif dəlilləri yenidən nəzərdən keçirə biləcəyini bildirib. O, bugünkü elmi və texnoloji irəliləyişlərin bu işdə yeni nəticələr verə biləcəyini vurğulayıb.

Şapu həmçinin istintaqın yalnız bir nömrəli şübhəli İan Beyliyə fokuslanmaması gərəkdiyini deyib. Keçmiş jurnalist olan Beyli Toskan dü Plantye qətlinin əsas şübhəlisi olub. Lakin o, mərhumun ölümündə hər hansı bir iştirakını dəfələrlə inkar edib.


İan Beyli

İrlandiyada iki dəfə saxlanılan, lakin sübut çatışmazlığı səbəbindən ittiham olunmayan Beyli 2019-cu ildə Fransada qiyabi mühakimə edilərək günahkar elan edilib. Lakin İrlandiya Beylini Fransaya təhvil verməkdən imtina edib. Beyli yanvar 2024-cü ildə 66 yaşında vəfat edib.

Bu yeni inkişaf demək olar ki, 30 il əvvəl baş verən bu müəmmalı cinayətin həll olunacağına ümidləri yenidən artırıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri