“28 Mall”da zibil qalmaqalı: Şikayət dərhal nəticə verdi FOTO+VİDEO
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının mərkəzində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında qoyulan zibil qabları dolsa da vaxtında boşaldılmır və nəticədə ərazini tullantı basır, ətrafa üfunət iyi yayılır.
“Yeni Sabah”ın redaksiyasına göndərilən videogörüntülər də bunu təsdiqləyir.
Görüntülərdən məlum olur ki, zibil qabları tamamilə dolub, tullantılar yerə dağılıb və uzun müddətdir təmizlənmir. pizza
Vətəndaşlar bildiriblər ki, ərazidə təmizlik işlərinin vaxtında aparılmaması həm antisanitar vəziyyət yaradır, həm də paytaxtın mərkəzinə yaraşmayan mənzərədir.
Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrufat Birliyindən “Yeni Sabah” bildirilib ki, vətəndaşların müraciətindən dərhal sonra əraziyə təmizlik briqadası göndərilib.
Məlumata görə, zibil qabları boşaldılıb, ətraf ərazi tam şəkildə təmizlənib və yuyulub. Hazırda ərazidə sanitar vəziyyət bərpa olunub.
Əsmətxanım Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















