Icma.az
close
up
RU
28 May milli azadlıq arzularımızın reallaşdığı gün

28 May milli azadlıq arzularımızın reallaşdığı gün

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və siyasi yetkinliyinin parlaq nümunəsi idi.

28 May şərəfli tariximizdə yalnız dövlətimizin qurulduğu gün deyil, eyni zamanda milli azadlıq arzularının reallaşdığı, xalqımızın dünya siyasi səhnəsinə müstəqil siyasi subyekt kimi çıxdığı gündür.

XX əsrin əvvəlləri, xüsusilə I Dünya müharibəsindən sonra, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının yüksəlişi dövrü başladı. Belə mürəkkəb geosiyasi şəraitdə Qafqazda da yeni siyasi xəritə formalaşırdı. 1918-ci ilin mayında Tiflisdə Müsəlman fraksiyasının təşəbbüsü ilə Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycanın müstəqilliyi elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə qovuşdu. Cəmi 23 ay mövcud olan dövlətimizin ömrü qısa olsa da, onun gördüyü işlər, qoyduğu hüquqi-siyasi təməllər bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir. Parlamentin yaradılması, dövlət dilinin elan edilməsi, ordu və təhsil sisteminin qurulması, qadınlara seçki hüququnun verilməsi kimi tədbirlər AXC-nin təkcə siyasi yox, həm də cəmiyyətin modernləşməsinə yönəlmiş mütərəqqi sistem olduğunun təsdiqidir.

1920-ci ilin aprelində qırmızı imperiyanın işğalı nəticəsində AXC süqut etdi və xalqımızın azadlıq arzusuna divan tutuldu. Kütləvi həbslər, ağır işgəncələrlə məhrumiyyət yaşadıq. Milli düşüncə sahiblərini qətl və qəsd edən imperiya cəlladları xalqımızın azadlıq istəyini, milli ideyalarını qəlbimizdən çıxara bilmədilər. Müstəqillik arzusu sovet dövründə belə yaddaşımızdan silinmədi, düşüncəmizdə yaşadı. Bu mənəvi davamlılıq 1991-ci ildə yenidən istiqlaliyyətin bərpası ilə nəticələndi.

Qanımız, canımız hesabına yenidən azadlığımıza qovuşduq. Beləliklə, əsrin əvvəllərində endirilən bayraq, yenidən Azərbaycan səmasında  ucaldı. Amma biz bu tarixi xoşbəxtliyi yaşamamış onu ikinci dəfə itirmək təhlükəsi ilə baş-başa qaldıq, müstəqil dövlətimiz yıxılır, azadlığımız əlimizdən alınırdı.

O zaman Azərbaycana rəhbərlik edən naşı siyasətçilərin uğursuz idarəçiliyi ölkəmizdə siyasi, hərbi böhran yaradaraq vətəndaş itaətsizliyi yaratmışdı. Ölkəni bürüyən separatizm alovu, daxili, xarici düşmənlərin  anti-Azərbaycan fəaliyyəti fonunda müstəqilliyimiz itirilmək təhlükəsinin bir addımlığında idi. Belə ağır və mürəkkəb dövrdə böyük Heydər Əliyev xalqına, dövlətinə sahib çıxaraq təkcə müstəqilliyimizi məhv olmaq təhlükəsindən qorumadı, qüdrətli ölkə quraraq dövlətimizin, xalqımızın xilaskarına çevrildi. Heydər Əliyev təxirəsalınmaz islahatlar ilə ölkəmizə sabitlik, əmin-amanlıq, sosial inkişaf gətirdi. Tənəzzüldə olan Azərbaycanı inkişaf yoluna çıxararaq həqiqi lider kimi nümunə sərgilədi. Siyasi qətiyyəti və cəsarəti ilə müstəqilliyimizə tuşlanan namərd güllələrdən, təhdidlərdən çəkinməyərək iknci dəfə Azərbaycanın qəsd olunmasına imkan vermədi, könüllərin sevimlisi oldu.

Qürurla qeyd etmək yerinə düşər ki, bu gün Ulu öndərin qurduğu Azərbaycan Respublikası məhz AXC-nin ideyalarının hüquqi-siyasi varisi kimi çıxış edir. Müstəqil Azərbaycanın Konstitusiyası, dövlət atributları və beynəlxalq hüquq subyekti kimi mövcudluğu 28 Mayın tarixi mirasına əsaslanır. Hər il bu tarixdə keçirilən rəsmi tədbirlər, xalq arasında bayram əhval-ruhiyyəsi təkcə keçmişə hörmət deyil, həm də gələcəyə verilən vəddir. Hazırda Azərbaycan regional və qlobal siyasətdə mühüm aktora çevrilib. Enerji siyasəti, nəqliyyat layihələri, hərbi güc və diplomatik təşəbbüslərlə çıxış edən müasir Azərbaycan dövləti AXC-nin qoyduğu təməl üzərində ucalır. Əminliklə qeyd etmək olar ki, bu gün Cümhuriyyət qurucularının ruhu şaddır. Onların xəyalən görmək istədiyi şanlı Azərbaycan bu gün dünyanın siyasi səhnəsində öz standartlarını diqtə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt dövlətçiliyin davamlılığının, müstəqilliyimizin və milli maraqların müdafiəsinin təminatçısıdır. Tarixin bütün dönəmlərində Azərbaycan heç zaman indiki qədər qüdrətli olmayıb, ölkəmiz Avropanın enerji xəritəsini cızır, dünyada söz sahibidir, neokolonializmə qarşı mübarizə aparır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilməz! Gerçəkdən, AXC aydınlarının arzusu da Vətəni belə görmək idi.

Ötən əsrin əvvəllərində heyranlıqla oxşadılan, əngin səmalarda dalğalanmasının isə ədəbi düşüncələrdə mələklərin qanadı üzərinə kölgə saldığı bildirilən, endirilməsi, süqutu göz yaşlarıyla seyr edilən üçrəngli bayrağımız bu gün Azərbaycan liderinin hərbi- siyasi qətiyyəti ilə suveren ərazilərimizin hər yerində qürurla dalğalanır. Dövlət müstəqilliyimizin qorunması isə etibarlı əldədir və üçrəngli bayrağımız Aydan, ulduzdan da hər zaman yüksəkliklərdə olacaq!  

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri