Icma.az
close
up
RU
28 May milli kimliyimizin və azadlıq sevgimizin bəyanı günüdür

28 May milli kimliyimizin və azadlıq sevgimizin bəyanı günüdür

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Xalqların və millətlərin tarixində elə günlər olur ki, həmin günlər təkcə tarix olaraq keçmişin yaddaşı kimi qalmır, həm də gələcəyə yön verən mənəvi mayak rolunu oynayır. Azərbaycan xalqı üçün belə günlərdən biri təqvimin 28 May tarixidir.

28 May sıradan bir gün deyil. Bu, milli kimliyimizin, azadlıq sevgimizin bəyanı günüdür. 1918-ci ilin bu günündə - mayın 28-də Azərbaycan xalqı özünün azadlıq istəyinə nail olmağı bacardı. Bir qrup mütərəqqi ruhlu aydınlarımızın rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) istiqlaliyyətimizi elan etməklə xalqımızı tarixi haqqı olan azadlığına qovuşdurdu. Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə həkk olunan AXC 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalamaqla təkcə müstəqilliyimizi dünyaya bəyan etmədi, eyni zamanda çoxəsrlik dövlətçilik ənənələrimizi qorudu və xalqımızın azadlıq ideyalarını reallaşdırdı. Amma təəssüf ki, bolşevik Rusiyası tərəfindən azadlığımız süngü ilə əlimizdən alınaraq ölkəmiz işğal olundu, milli məfkurə daşıyıcılarımıza qarşı repressiya dalğası başlandı. İmperiya mənsubları AXC-ni süquta uğratsalar belə, bütün basqıların, qadağaların fonunda kom¬munist epoxası illərində azadlıq, müstəqillik arzularımızı bizə unutdura bilmədi, bu sevgini qəlbimizdə yaşatdıq və tarixi məqamı gözlədik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, ötən əsrin sonlarında Azərbaycan övladlarının qanı hesabına yenidən tarixi müstəqilliyinə qovuşdu. Sovet imperiyasının çöküşündən sonra Azərbaycan dövlət müstəqilliyini bər¬pa etdi. Lakin azadlığımızın sevincini yaşamamış, yenidən onu itirmək təhlükəsi ilə üzləşdik. Belə ki, 1993-cü ilin iyun ayında ölkəmizdə mövcud olan siyasi vəziyyət onu bir daha sübut etdi ki, müstəqilliyimizin sütunları etibarlı əllərdə deyil. İdarəçilik təcrübəsi olmayanların ölkə rəhbərliyində təmsil olunması, yanlış daxili və xarici siyasət, qanunların işləməməsi özbaşınalığın artması ilə nəticələnmiş, sabitliyin pozulması mənfur düşmənin işinə yaradı və torpaqlarımızın işğalına səbəb oldu. Xarici və daxili düşmənlərinin pozucu poliqonuna çevrilmiş Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında və ölkədə yaranmış siyasi, hərbi böhran müstəqilliyimizə ciddi təhdid idi. Xalq çarəsiz bir durumda anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. İlk dəfə olaraq üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldıran, Vətənə, xalqa sədaqətini əməli işi ilə sübut edən

Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlməklə təkcə müstəqilliyimizi qorumadı, eyni zamanda inkişaf və tərəqqimizin fundamental əsaslarını yaratdı. Daxili və xarici düşmənlərimizə yerini göstərən böyük Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməklə birinci növbədə ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, xalqın arzuladığı müstəqil dövləti qurmağı bacardı və ölkəni sürətli inkişaf yoluna çıxardı.

Azadlıq və istiqlaliyyəti hər bir xalqın milli sərvəti hesab edən Ulu öndər haqlı olaraq qeyd edirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bütün bunların fonunda Ümummilli Lider ən çətin,

ən mürəkkəb illərdə böyük Atatürkün tarixi qələbəsini özünəməxsus qətiyyət və cəsarətlə təkrarlayaraq müstəqil Azərbaycan dövlətini qorumaqla dahiliyini, böyüklüyünü bir daha nümayiş etdirdi. Bu gün bütövləşən, qüdrətli, müstəqil Azərbaycan ona görə mövcuddur ki, xalqımızın Heydər Əliyev kimi övladı olub.

Beləliklə, əsrin əvvəllərində xaincəsinə endirilən, əsrin sonlarında yenidən endirilmək təhlükəsinin bir addımlığında olan mübarək bayrağımızı Ulu Öndər layiq olduğu zirvəyə qaldıraraq bizə azad dövlət, Vətən miras qoydu, müstəqilliyimizin qorunmasını, möhkəmləndirilməsini ən etibarlı davamçısına həvalə etdi.

Bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə milli dövlətçilik ənənələrinin yeni səhifəsi başlandı. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda müasir çağırışlar fonunda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirildi. AXC-yə, onun qurucularına dərin hörmət və ehtiram göstərən dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldıldı. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması və görülən digər işlər dövlətçilik ənənələrimizə göstərilən böyük dəyərin bariz nümunəsidir.

“Ötən əsrin əvvəlləri azadlığımızın dünyaya bəyanı ilə yaddaşlarda qaldısa, təxminən bir əsr sonra milli maraqlarımızı tam təmin edən Prezident İlham Əliyev Ali Baş Komandan kimi ərazi bütövlüyümüzü bərqərar edərək fövqəlqəhrəmanlığını nümayiş etdirdi, bizi qlobal arenada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bölgədə əsrlərlə davam edən erməni separatizminin kökünü kəsərək bütün sərhədlər boyunca Azərbaycan bayrağının dalğalanmasını təmin etdi.

Dünya bir daha əmin oldu ki, Prezident İlham Əliyevin lideri olduğu Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Bu gün üçrəngli bayrağın heç zaman enməyəcəyi qətidir və heç bir qüvvə qüdrətli Azərbaycanı yolundan, azadlığından döndərə bilməz!”, - deyə deputat qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri