Icma.az
close
up
RU
28 May müasir inkişaf yolunun təməl tarixidir

28 May müasir inkişaf yolunun təməl tarixidir

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – Şərqdə və müsəlman dünyasında ilk dəfə olaraq hüquqi, demokratik və dünyəvi parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu möhtəşəm tarixi hadisə xalqımızın dövlətçilik iradəsinin, milli mənlik şüurunun və azadlıq ruhunun təntənəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmiz üçün deyil, həm də bütövlükdə Şərq və müsəlman dünyası üçün yeni bir ideoloji və siyasi model yaratdı. Müsəlman Şərqində ilk dəfə olaraq milli parlament formalaşdırıldı, hökumət quruldu, dövlət atributları – üçrəngli bayraq, himn, gerb təsis olundu. Ən önəmlisi isə xalq hakimiyyətinə əsaslanan, bərabərlik və hüquq qarşısında bərabərlik prinsipləri qanunvericilik müstəvisində təsbit olundu.
Milli Şuranın 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsi xalqımızın tarixində dönüş nöqtəsi oldu. Bu sənəd Azərbaycanın müstəqilliyini rəsmən elan etməklə yanaşı, xalqın suverenliyini beynəlxalq ictimaiyyətə bəyan etdi. Cümhuriyyətin varlığı sübut etdi ki, Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə, müstəqil yaşamağa və dövlət qurmağa qadirdir.
23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dərin izlər buraxdı. Parlamentin fəaliyyəti, qəbul olunan qanunlar, milli ordu quruculuğu, təhsil və mədəniyyət sahəsində atılan addımlar dövlətçilik ənənələrimizin formalaşmasına təkan verdi. Azərbaycan vətəndaşlığı institutu yaradıldı, milliləşdirilmiş təhsil sistemi təsis edildi, Bakı Dövlət Universiteti kimi elm ocağı quruldu.
Cümhuriyyətin mühüm nailiyyətlərindən biri də onun beynəlxalq səviyyədə tanınması istiqamətində apardığı məqsədyönlü siyasət idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı, Qərb dövlətlərinə rəsmi məlumatların göndərilməsi, ilk səfirliklərin yaradılması ölkəmizin dünya xəritəsində mövcudluğunu rəsmiləşdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi yox, həm də mənəvi dirçəliş idi. Bu dövlətin varlığı xalqımızın milli kimliyini tanıması, öz dəyərlərinə sahib çıxması və tarixi irsinə bağlanması baxımından misilsiz bir mərhələ idi.
Ulu Öndər Heydər Əliyevin çıxışlarından birində dediyi sözü xatırlatmaq yerinə düşər: “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir.” XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan ciddi təhlükələrlə üzləşmişdi. Daxili çəkişmələr, xarici təhdidlər və erməni işğalı ölkəni fəlakətə sürükləyirdi. Məhz belə bir məqamda xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təmin etdi.
Ulu öndər Heydər Əliyev müstəqilliyin memarı, onun qoruyucusu olduğu kimi, bu gün də Prezident İlham Əliyev müstəqil Azərbaycanın inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə ölkəmiz həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənmiş, torpaqlarımız işğaldan azad olunmuş, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə, Laçında dalğalanmışdır.
Azərbaycan Respublikası 1991-ci ildə qəbul etdiyi “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu təsdiqlədi. Bu, yalnız hüquqi sənəd yox, həm də bir ideoloji və mənəvi bağ idi. 2007-ci ildə İstiqlal Bəyannaməsi abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu abidə, eyni zamanda, xalqımızın keçmişə olan ehtiramının və gələcəyə olan inamının rəmzidir.
Bugünkü Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar da birbaşa olaraq milli istiqlal iradəsinin, strateji baxışın və müstəqil qərarvermə qabiliyyətinin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional lider və qlobal təşəbbüslərlə çıxış edən dövlət kimi tanınması bu siyasətin bəhrəsidir. Xüsusilə, 2020-ci ildə tarixi Zəfərlə başa çatan Vətən müharibəsi xalqın milli birliyini, siyasi iradənin qətiyyətini və istiqlal ideallarına bağlılığını bir daha nümayiş etdirdi.
Azərbaycanın müstəqil dövlət olaraq atdığı hər bir addım – iqtisadi islahatlardan tutmuş enerji və nəqliyyat layihələrinə, diaspor fəaliyyətindən tutmuş beynəlxalq təşəbbüslərə qədər – AXC-nin ruhunun yaşadığını sübut edir. Bu ruh müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və hər yeni nəsil üçün bir yol xəritəsi rolunu oynayır.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu ideyalar – xalq hakimiyyəti, hüquqi dövlət, demokratik idarəçilik prinsipləri – müasir Azərbaycanın reallıqlarıdır. 28 May təkcə tarixi hadisə deyil, dövlətçilik ruhunun, milli birliyin və vətən sevgisinin bayramıdır. Azərbaycan xalqı öz tarixinin bu parlaq səhifəsini unutmur və daim bu dəyərlərin keşiyində dayanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri