Icma.az
close
up
RU
28 May Müstəqillik Günü münasibətilə Budapeştdə keçirilmiş rəsmi ziyafət

28 May Müstəqillik Günü münasibətilə Budapeştdə keçirilmiş rəsmi ziyafət

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

27 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunmuşdur. 

Ziyafətdə Macarıstanın dövlət rəsmiləri, parlament nümayəndələri, Budapeştdəki diplomatik korpusun rəhbər şəxsləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə 28 May – Müstəqillik Gününün əhəmiyyətindən danışaraq, bu əlamətdar günün Türk dünyası və müsəlman Şərqində ilk dünyəvi, demokratik və parlamentli respublikanın yaradılması kimi tarixə yazıldığını bildirmişdir. 

Səfir çıxışında vurğulamışdır ki, 108 il əvvəl əsası qoyulmuş Azərbaycan dövlətçilik ənənələri müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində daha da möhkəmləndirilmiş, hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 

Bildirilmişdir ki, bu gün Azərbaycan regionda mühüm siyasi, iqtisadi və enerji mərkəzi kimi çıxış edərək beynəlxalq əməkdaşlığın və regional sabitliyin təmin olunmasına əhəmiyyətli töhfələr verir.

T. Tağızadə tədbirdə iştirak edən hər bir qonağın Azərbaycan ilə Macarıstan arasında dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini söyləmişdir. 

İkitərəfli münasibətlərin mövcud dinamikasından bəhs edən səfir ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhsil və mədəniyyət sahələrində təmasların ildən-ilə daha da möhkəmləndiyini bildirmişdir.

Öz növbəsində, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli çıxış edərək müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin, eləcə də parlamentlərarası müstəvidə möhkəmləndirildiyini vurğulamışdır. 

O, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi bu il Müstəqillik Gününü xüsusi qürur hissi ilə qeyd etdiyini bildirərək, regionda dayanıqlı sülhün və kommunikasiyaların açılmasının uzunmüddətli sabitliyə və əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd etmişdir.

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı və Azərbaycanın tanınmış musiqiçilərinin birgə ifasında hazırlanmış “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyalarına dair ölkəmizdə lentə alınmış videoçarxlar nümayiş etdirilmişdir.

Rəsmi ziyafətdə təqdim edilən Azərbaycan milli mətbəxinin nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri