“28 May” “Nizami” arasında nə dəyişəcək? Detallar açıqlandı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
"28 May"-"Nizami" sahəsində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində görülən işlər açıqlanıb.
Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, həmin istiqamətdə işlər planlaşdırılmış qaydada davam etdirilir.
Onun sözlərinə görə, mövcud tunelin sökülərək yenidən qurulması yeni tikinti ilə müqayisədə daha mürəkkəb prosesdir. Ötən bir ay ərzində əsas vəzifələrdən biri tuneldə yerləşən kabel xətlərinin köçürülməsi olub.
"Orada qatarların hərəkətinin təşkili, radiorabitə, elektrik təchizatı sisteminə, eləcə də müxtəlif qurumlara aid kabel xətləri var idi. Onların köçürülməsi metropolitenin gündəlik fəaliyyətinə maneə yaratmadan təşkil olunmalı idi", - deyə o bildirib.
B.Məmmədov qeyd edib ki, hazırlıq işlərinə rels yollarının, infrastrukturun digər üst quruluş və tunel elementlərinin sökülməsi də daxildir. Növbəti mərhələdə hər iki istiqamətdə tunelin 94 metrlik hissəsinin tam betonlanması həyata keçiriləcək. Məqsəd tunellərin dayanıqlığını və etibarlılığını təmin etmək, yerüstü tikili və qurğulara zərər dəyməsinin qarşısını almaqdır.
Qurum rəsmisi əlavə edib ki, hər iki şaxtaya maşın və mexanizmlərin gətirilməsi üzrə tədbirlər başa çatdırılıb, tikinti işləri üçün səfərbərlik tam təmin olunub. Tunellərdə qazıntı işləri planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tunel işləri ilə əlaqədar avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:268
Bu xəbər 23 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















