Banka pul qoyanlar üçün güzəşt ləğv edilir (Video)
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Gələn ildən bank əmanətləri üzrə faiz gəlirləri yenidən vergiyə cəlb oluna bilər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 2026-cı ildə nəzərdə tutulan vergi güzəştlərinin bir qisminin müddəti gələn il başa çatır.
Milli Məclisdə hazırda müzakirə olunan dəyişikliklər paketində bu güzəştin uzadılması nəzərdə tutulmayıb.
Maliyyə üzrə ekspert Əkrəm Həsənov deyir ki, güzəştlər əhalinin depozit bazarına marağını bərpa etmiş və banklara yerləşdirilən əmanətlərin həcmi yüksəlmişdi.
İndiyədək qüvvədə olan qaydalara əsasən, əmanətini ən azı 18 ay müddətinə bankda saxlayan vətəndaşlar faiz gəlirlərinin məbləğindən asılı olmayaraq həmin vəsaiti tam şəkildə vergisiz əldə edə bilirdilər.
Gələn ildən isə 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlər üzrə də tam vergi azadolması tətbiq edilməyəcək. Belə depozitlərdən əldə olunan aylıq faiz gəlirinin yalnız 200 manatadək olan hissəsi vergidən azad qalacaq. Artıq məbləğdən 10 faiz vergi tutulacaq.
İqtisadçının sözlərinə görə, gəlir vergisi təkcə yanvar ayından sonra yerləşdirilən depozitlərə deyil, güzəştin ləğvindən əvvəl qoyulmuş depozitlərə də şamil ediləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Noyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















