288 nömrəli məktəbdə “Qərbi Azərbaycan Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” mövzusunda tədbir keçirildi FOTO
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Qərbi Azərbaycan Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” mövzusunda tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və dövlətimizin müstəqilliyi və ərazi bötövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Aygün Hüseynova soydaşlarımızın əzəli Azərbaycan torpaqlarından deportasiya olunma tarixinə qısa ekskurs edib, onların onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əhəmiyyətindən söz açıb. Həmin icmanın fəalları ilə məktəblilərin görüşünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan direktor bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində nüstəsna rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedoqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, fililogiya elmlər doktoru, əməkdar müəllim, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova qədim Azərbaycan yurdlarının tarixindən, abidələrindən, həmin torpaqların Azərbaycana bəxş etdiyi tarixi şəxsliyyətlərdən söz açıb, şagirdlərin suallarını cavablandırıb.
Daha sonra Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Səbinə Xasıyeva çar Rusiyasının və SSRİ rəhbərliyinin dəstəyi ilə Qərbi Azərbaycan torpaqlarında həyata keçirilən etnik təmizləmə siyasətindən söz açıb, əzəli torpaqlarımıza qayıdışımızla bağlı əminlik ifadə edib.
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları – Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, əməkdar müəllim Əhliyyət Adıgözəlov mövzu ilə bağlı yadda qalan çıxışlar ediblər.
Tədbirin bədii hissəsində 6A sinif şagirdi Hüseynzadə Zəhra vətənpərvərlik mövzusunda şeir söyləyib, 2C sinif şagirdləri “Bayraq” rəqsi ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlara fəxri fərmanlar təqdim olundu.
Tədbirdən sonra məkətbin həyətində xatirə ağacları əkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















