Yeni bir tarix yaratmağa çalışırıq Koçinyan
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyətləri arasında "Sülh Körpüsü" təşəbbüsünün bir hissəsi olaraq dinc gələcəyə doğru yeni reallıqlar formalaşdırmağı hədəfləyir.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan tərəfinin koordinatoru Areq Koçinyan bunu təşəbbüsün beşinci iclası zamanı jurnalistlərlə keçirdiyi brifinqdə bildirib. O, təşəbbüsün iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoq formatı olduğunu və danışıqlar prosesi kimi qəbul edilməməli olduğunu vurğulayıb.
"Bu, sonda danışıqlar deyil, iki vətəndaş cəmiyyəti arasında dialoqdur. Buna görə də, ölçülə və ictimaiyyətə təqdim edilə bilən hər hansı bir maddi, ölçülə bilən nəticələrdən danışa bilmərik. Biz bu dialoq vasitəsilə yeni normallaşma, yeni reallıqlar, yeni bir tarix yaratmağa çalışırıq. Burada biz gələcəyə yönəlmiş, iki cəmiyyətimizin sülh və harmoniya şəraitində qonşu kimi yaşaya biləcəyi reallıqlar yaratmağa yönəlmiş yeni işləri müzakirə edirik”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Noyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















