3 ildə 47 hakim intizam məsuliyyətinə cəlb edilib
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Məhkəmə-Hüquq Şurasının məqsədi hakimlərin müstəqilliyini təmin etmək, onların fəaliyyətinin qanunvericilik çərçivəsində monitorinqini və qiymətləndirilməsini həyata keçirməkdir. Hakimlərin peşəkarlığının artırılması da vacib məsələlərdən biridir. Şura çalışır ki, layiqli hakimlər fəaliyyətlərinin yüksək qiymətləndirilməsi nəticəsində vəzifədə irəli çəkilsinlər, layiqli hakimliyə namizədlər isə hakim vəzifəsinə seçilsinlər”.
Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, son 3 ildə 177 hakim müxtəlif instansiya məhkəmələrində vəzifədə irəli çəkilib:
“Hakimlərin müstəqilliyi və qərəzsizliyi onların hesabatlılığı ilə bağlıdır. Hər bir hakim qanun, ədalət və öz vicdanı qarşısında hesabatlıdır. Əlbəttə ki, bu tələblərə cavab verməyən hakimlər barəsində tədbir görülür. Rəqəmlərə baxsaq, ötən 3 il ərzində 47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətlərinə isə xitam verilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 Oktyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















