Icma.az
close
up
RU
“3 oktyabr Azərbaycanın taleyini dəyişən tarixdir” DEPUTAT

“3 oktyabr Azərbaycanın taleyini dəyişən tarixdir” DEPUTAT

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

3 oktyabr 1993-cü ildə müstəqil Azərbaycanın taleyini köklü şəkildə dəyişən, milli dövlətçiliyimizin xilasını və parlaq gələcəyini təmin edən tarixi Prezident seçkilərinin keçirildiyi gündür. Ağır siyasi böhranlar və xaos məngənəsində sıxılan ölkəmiz məhz həmin gün Heydər Əliyevin Prezident seçilməsi ilə öz xilas yolunu tapdı və böyük tərəqqi mərhələsinə qədəm qoydu. O gün qoyulan sarsılmaz təməllər bu gün suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın ən böyük güc mənbəyidir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Naqif Həmzəyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı 90-cı illərin keşməkeşli buxovundan xilas edən lider idi:

“Əgər həmin dövrdə, yəni 90-cı illərin əvvəllərində Ulu Öndər hakimiyyətdə olsaydı, ümumiyyətlə, başımıza bu müsibətlər gəlməz, Azərbaycan torpaqlarını itirməzdi. Lakin təəssüflər olsun ki, o dövrdə Ulu Öndərin Bakıda qalmasına və fəaliyyət göstərməsinə imkan vermədilər. Buna görə də o, Naxçıvana getməli oldu. Elə Naxçıvanın da bu gün qorunmasında və var olmasında Ulu Öndərin çox büyük xidmətləri oldu; Naxçıvanı bir növdə qorudu və saxladı. 1992-ci ildə xalqın təkidilə Ulu Öndər Yeni Azərbaycan Partiyasını yaratdı. Sonradan da məhz Azərbaycan çox çətin bir dövrə düşəndə, qardaş qırğını baş verəndə Ulu Öndər Bakıya dəvət olundu. İlk növbədə o, iyun hadisələrinin nəticəsi olaraq Gəncədə baş verən prosesləri dayandırmaq üçün Gəncəyə getdi. Daha sonra Ali Sovetin sədri vəzifəsini qəbul etdi və oktyabrın 3-də isə prezident seçkiləri keçirilərək ilk dəfə Ulu Öndər Azərbaycanın Prezidenti oldu. Yəni 3 oktyabrda Ulu Öndərin prezidentliyi rəsmi olaraq tanındı, qəbul edildi və xalqın demək olar ki, hər biri Ulu Öndəri dəstəklədi”. Marqarita pizza

Deputat əlavə edib ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu günkü müstəqilliyini sarılmaz və daim etdi:

“Məhz Ulu Öndərin hakimiyyətə qayıtması ilə məhv olmaqla üz-üzə qalan Azərbaycan bu çətin vəziyyətdən çıxdı, parçalanmanın qarşısı alındı. Azərbaycanın müstəqilliyini demək olar ki, daimi, dönməz və əbədi etdi. Sonradan Azərbaycan Konstitusiyası qəbul edildi, parlament seçkiləri keçirildi. Ən əsası, 1994-cü ildə Azərbaycanda atəşkəs elan olundu və "Əsrin müqaviləsi" məhz 94-cü ildə imzalandı. Onsuz da Azərbaycan xəzinəsi boş idi, iqtisadiyyat demək olar ki, tamamilə məhv edilmişdi, maaşlar verilə bilmirdi, gəlir ümumiyyətlə yox idi və bu şəraitdə Azərbaycanın var olması mümkün deyildi. Bu baxımdan Azərbaycana sərmayə lazım idi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün böyük korporasiyaların ölkəyə gətirilməsi vacib idi və bunu da Ulu Öndər çətin də olsa bacardı, "Əsrin müqaviləsi" imzalandı. Nəticə etibarilə, məhz o dövrdən Azərbaycan inkişafa doğru addımladı”.

N.Həmzəyev sonda vurğulayıb ki, müasir Azərbaycanın var olması Ulu Öndərin adı ilə bağlıdır:

“Bir sözlə, müasir Azərbaycan Ulu Öndərlə bağlıdır; müasir Azərbaycanın var olması Ulu Öndərin adı ilə bağlıdır. Bu gün də Ulu Öndərin bizə əmanət etdiyi müstəqil Azərbaycan və Yeni Azərbaycan Partiyası qorunur, cənab Prezidentin ətrafında bütün Azərbaycan xalqı birləşib. Məhz Ulu Öndərin o tövsiyələri, bizə qoyub getdiyi və əmanət etdiyi siyasi xətt Cənab Prezidentin rəhbərliyi altında daha da inkişaf etdirildi. Biz torpaqlarımızı ləyaqətlə, ədalətlə və şərəflə geri qaytardıq, suverenliyimizi tam olarak bərpa etdik. Bu baxımdan da 3 oktyabr tarixi Azərbaycan və Azərbaycan vətəndaşları üçün çox əzizdir, doğmadır. Çünki Ulu Öndərin Azərbaycana prezidentlik etməsi və hakimiyyətə yenidən qayıtması ilə biz bu müsibətlərdən, bəlalardan xilas olmuş olduq”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri