30 əfqanıstanlı, 15 iranlı Ermənistanda qaçqın statusu alıb
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
2026-cı il yanvarın 1-dən sentyabrın 24-dək 577 nəfər Ermənistanda sığınacaq almaq üçün müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən “Sputnik Ermənistan”a bildirilib.
Bu il Ermənistanda 78 Ukrayna, 30 Əfqanıstan və 15 İran vətəndaşı qaçqın statusu alıb.
Ermənistanda sığınacaq istəyən şəxslər üçün Norq rayonunda müvəqqəti yerləşdirmə mərkəzi fəaliyyət göstərir. Lakin binanın qəzalı vəziyyətdə olduğu bildirilir.
2025-ci ildə Abovyan şəhərində 120 nəfər üçün nəzərdə tutulan yeni yataqxananın istifadəyə verilməsi planları barədə məlumat yayılmışdı.
Daxili İşlər Nazirliyinin cavabından məlum olub ki, Abovyan şəhərində yeni tikilmiş müvəqqəti yerləşdirmə mərkəzi artıq istifadəyə verilib. Hazırda burada müxtəlif ölkələrdən olan 69 nəfər sığınacaq tapıb.
Bununla belə, sığınacaq axtaranların sayı mövcud yerləşdirmə imkanlarını dəfələrlə üstələyir. Hazırda yeni mərkəzlərin tikintisi də planlaşdırılmır.
Müvəqqəti həll yolu kimi Ermənistanda sığınacaq istəyən şəxslərə altı ay müddətində mənzil kirayəsi üçün aylıq 60 min dram məbləğində kompensasiya verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 14 Oktyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















