Sükut içində addımlar sənədli filminin təqdimatı olub FOTOLAR
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az "Report"a istinadla xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Mədəniyət Nazirliyinin digər nümayəndələri, bir sıra hökumət rəsmiləri, eləcə də mədəniyyət və incəsənət xadimləri və media mənsubları iştirak ediblər.
"Sükut içində addımlar" işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.
Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda duyğusal və həssas hissləri ilə diqqət çəkirlər.
Ekran işinin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, icraçı prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Qeyd edək ki, film Azərbaycan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Noyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















