Icma.az
close
up
RU
30 il ərzində nəticilərimizin niyə belə zəif olması sənəddəki faktlarda əksini tapıb Yaşar Seyidov

30 il ərzində nəticilərimizin niyə belə zəif olması sənəddəki faktlarda əksini tapıb Yaşar Seyidov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Ötən gün AFFA-nın İnkişaf Strategiyasının layihəsi ictimaiyyətə açıqlandı. Müzakirələrdən sonra proqramın qəbulu ilə bağlı işlər görüləcək. Bəs böyük dəyişiklikləri özündə ehtiva edən strategiyadakı müddəalarda əsas, eləcə də çatışmayan məqamlar hansılardır?

Fanat.Az İnkişaf Strategiyası ilə bağlı təcrübəli futbol funksioneri, II Liqada mübarizə aparan "Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidovla söhbətləşib. 

Seyidov proqramı belə dəyərləndirib:

"AFFA-nın açıqladığı Azərbaycanda Futbolun İnkişafı Strategiyasının 5 əsas hədəfi bəllidir. Birincisi, A millimizin 117-ci pillədən 75-ci yerə, qadınlardan ibarət millinin isə 76-dan ən yaxşı 50 komanda sırasına yüksəldilməsi qarşıya hədəf qoyulubr. İkinci məsələ, UEFA-nın klub reytinqində kişilərdən ibarət komandaların 28-ci yerdən ilk "20-liy"ə, qadın komandalar üçün isə 121-ci yerdən ilk "40-lığ"a daxil olması nəzərdə tutulub. Üçüncü bənddə Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması qeyd olunub. Dördüncü, kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək, beşinci isə Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaqdır. 
İnanıram ki, 70 səhifədən ibarət proqramda əksini tapan ciddi məsələlər öz həllini tapacaq. Belədə Azərbaycan futbolunda yüksəliş ola bilər. 

Əslində, müzakirəyə çıxarılan bu proqramda əksini tapan detallara nəzər saldıqda Azərbaycan futbolunda olan neqativ halları görmək olur. 30 il ərzində niyə bu vəziyyətdə olduğumuz bu sənəddəki faktlarda əksini tapıb. Təsəvvür edin ki, millimizin istifadəsində cəmi bir təlim-məşq bazası - "Dalğa Arena" var. Peşəkar Futbol Liqasında qeydiyyatdan keçən və müvafiq liqalarda yarışan 34 klubdan cəmi 5-nin minimum standartlara cavab verən təlim-məşq bazası, 10 milyondan yuxarı əhalisi olan ölkənin cəmi 7 stadionu var. Ən acınacaqlısı Uşaq-Gənclər İdman Məktəblərindədir. 65 UGİM-dən cəmi 5-nin futbol meydançası var. Bundan başqa, Azərbaycanda cəmi 50 məktəbdə futbol dərsləri keçirilir. Halbuki, ölkədə 4400 məktəb var. İstər milli, istər klub futbolumuzun nəticələrinin niyə belə bərbad vəziyyətdə olması bu rəqəmlərdə əksini tapır.

Əlavə olaraq qeyd etməliyəm ki, Azərbaycanın 8 regionunda infrastruktur problemi var. Şimal zonasında 6 rayonun - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızının bir stadionu belə yoxdur. Belədə o bölgənin komandaları gedib başqa bölgələrdə oynayırlar. Digər bölgələrdə də eyni vəziyyətdir. İnanıram ki, yeni qəbul olunacaq proqram Azərbaycanın bütün regionlarını əhatə edəcək və strategianın devizindəki "Qələbəmiz hədəflərimizdə, inamımız gənclərimizdə" deyimi yerinə yetəcək.

AFFA-nın strategiyanı ictimaiyyətin müzakirəsinə təqdim etməsini yüksək qiymətləndirirəm. Qurum hər kəsi yanvarın 13-nə kimi rəy və təklifləri göndərmək üçün məlumatlandırıb. Mən də bundan istifadə edərək müəyyən məsələlərin nəzərə alınması üçün təkliflərimi göndərməyi planlaşdırıram. Bildiyiniz kimi, 2005-2015-ci illəri əhatə edən dövlət proqramının qəbulu zamanı, nə də ondan sonra heç bir ictimai müzakirə olmadı. İstəyirəm ki, yeni proqramda dövlət qurumları, o cümlədən cavabdeh komitə və şəxslər qarşısına konkret vəzifələr qoyulsun. Azı 6 aydan bir bütün məsul şəxslər futbolun inkişafı ilə bağlı işlərin gedişi barədə ictimaiyyəti məlumatlandırmalıdır. Sistemli iş qurulmalı, hər kəs məsuliyyətini bilməlidir ki, əvvəlki dövlət proqramı kimi yarımçıq qalmasın. Hansı işlər nə vaxt görülməlidir, qrafiklə göstərilməlidir. Bu işə təcrübəli, futbolu bilən insanlar cəlb olunmalıdır. Yəni strategiya təsdiqləndə konkretlik olmalı, cavabdeh şəxs və qurumlar adbaad göstərilməlidir. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi bu işlərin öhdəsindən gələcək və böyük əmək sərf edilən strategiyanın həyata keçməsi üçün əlindən gələni edəcək. Bu işdə onlara və bütün futbol ictimaiyyətinə uğur arzulayıram".

Mirağa 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri