30 İl sonra Everestdə qalan alpinistin cənazəsi geri qaytarılacaq
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistan 30 il əvvəl Everestdə həlak olan alpinistin cənazəsini götürməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, Hindistanın Hind-Tibet Sərhəd Polisi (ITBP) 1996-cı ildə Everest zirvəsinə yürüş zamanı həlak olan alpinist Dorje Morupun cənazəsinin geri qaytarılması üçün hazırlıqlara başlayıb.
Məlumata görə, yüksək dağlıq ərazilərdə xilasetmə üzrə ixtisaslaşmış mütəxəssislərlə danışıqlar artıq aparılır. Alpinistlər arasında ayağındakı yaşıl rəngli botlara görə “Yaşıl Botlar” (Green Boots) kimi tanınan Dorje Morupun qalıqları Everestin 8 min metrdən yüksəkdə yerləşən və “ölüm zonası” adlandırılan hissəsində qalır.
Bildirilir ki, cənazə dağın Tibet tərəfində, Çin hakimiyyətinin nəzarətində olan ərazidə yerləşdiyindən onun götürülməsi üçün Pekinin rəsmi icazəsi və əlverişli hava şəraiti tələb olunur.
Məlumata görə, Çin 2026-cı ilin yaz mövsümündə Everestin Tibet marşrutunu xarici alpinistlərin üzünə bağlayıb və məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.
Qeyd edək ki, 1996-cı ilin mayında Hind-Tibet Sərhəd Polisinin altı nəfərlik ekspedisiyası zirvəyə yaxın ərazidə güclü qar fırtınasına məruz qalmış, Dorje Morup və daha iki alpinist həyatını itirmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















