Icma.az
close
up
RU
30 illik araşdırma: Alimlər qızılla dolu batmış gəminin sirrini açdı

30 illik araşdırma: Alimlər qızılla dolu batmış gəminin sirrini açdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Təxminən 30 il davam edən araşdırmalardan sonra alimlər İngiltərənin cənub sahillərində aşkar edilmiş batmış gəmini nəhayət identifikasiya edə biliblər. Söhbət 1633-cü ildə Mərakeşdən Niderlanda səfər edərkən güclü fırtına nəticəsində batan Niderland ticarət gəmisi "Dom van Kyolen”dən gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Historia” portalı məlumat yayıb.

Kəşf haqqında gəminin müəyyənləşdirilməsi üzərində onilliklər boyu çalışan tədqiqatçıların yeni kitabında bəhs olunur. Araşdırma 1995-ci ildə dalğıcların İngiltərənin Devon qraflığında yerləşən Solkomb şəhəri yaxınlığında gəmi qalıqlarını aşkar etməsindən sonra başlayıb və təxminən 30 il davam edib.

Layihədə "British Museum”, "Bournemouth University” və Cənub-Qərb Dəniz Arxeologiyası Qrupunun alimləri iştirak ediblər. Tarixçi Yan Fril arxiv sənədlərini araşdıraraq gəminin marşrutunu və mənşəyini təsdiqləyən məlumatlar tapıb.

Tədqiqatın nəticələrinə görə, "Dom van Kyolen” gəmisi Mərakeşdən Niderlanda doğru hərəkət edərkən güclü fırtınaya düşüb.

Gəmi su qəbul etməyə başlayıb və nəticədə İngiltərə sahilləri yaxınlığında batıb. Tarixçilərin məlumatına əsasən, ekipaj üzvlərinin hamısı sağ qalıb.

Gəmidə böyük həcmdə ticarət yükləri daşınırdı. Bunların arasında:

* 150 kisə ərəb saqqızı;

* 64 kisə şora;

* 320 ədəd keçi dərisi;

* təxminən 9000 qızıl sikkə var idi.

XVII əsrdə yükün bir hissəsi çıxarılsa da, 400-dən çox qızıl sikkə dənizin dibində qalıb və yalnız 1995-ci ildə yenidən aşkar edilib.

"Bournemouth University”nin dəniz arxeologiyası professoru Deyv Parhemin sözlərinə görə, tapıntı böyük tarixi əhəmiyyət daşıyır.

"Bu kəşf Afrika qızıl ticarətinin və XVII əsrin inkişaf etmiş dəniz ticarətinin daha yaxşı başa düşülməsi üçün mühüm kontekst yaradır”, deyə o bildirib.

"British Museum”un tədqiqatçısı Ceremi D. Hill isə vurğulayıb ki, bu kəşf beynəlxalq əhəmiyyətə malikdir:

"İndi Şimali Afrika qızılı daşıyan və İngiltərə sahillərində qəzaya uğrayan Niderland gəmisinin hekayəsini tam şəkildə danışmaq mümkündür”.

Dənizin dibindən çıxarılan artefaktlar arasında:

* qalay qablar;

* qızıl zinət əşyaları;

* keramika nümunələri;

* möhür;

* balıq formasında geodeziya çəkisi;

* qızıl külçəsi var.

Hazırda bütün tapıntılar "British Museum”un kolleksiyasında saxlanılır.

Tarixçilərin sözlərinə görə, XVII əsrdə Niderland dünya dəniz ticarətinin əsas mərkəzlərindən biri idi. "Dom van Kyolen” gəmisi Avropa ilə Şimali Afrika arasında mövcud olmuş mürəkkəb ticarət marşrutlarının parlaq nümunəsidir. Həmin dövrdə qızıl və xammal sənaye məhsulları ilə fəal şəkildə mübadilə edilirdi.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyun 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri