Icma.az
close
up
RU
30 manat borcu var idi, qaytarmadı, döydüm

30 manat borcu var idi, qaytarmadı, döydüm

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Gədəbəy rayonunda 20 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib. Hadisə ötən il martın 23-də rayon kəndlərindən birində qeydə alınıb. 2006-cı il təvəllüdlü Sənan gecə saatlarında kənd mərkəzində yerləşən kafenin qarşısında Mehmanla mübahisə edib. Mübahisəyə səbəb Mehmanın ona olan 30 manat pul borcunu qaytara bilməməsini deməsi olub. Bundan hiddətlənən Sənan səs-küy salaraq yumruqla Mehmanı vurub.
Demokrat.az xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Sənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Gədəbəy rayonunda yaşadığını və zərərçəkmişi uşaqlıqdan tanıdığını göstərib. Sənanın sözlərinə görə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Hadisə günü həmkəndliləri ilə birlikdə kafeyə gedərək əyləşiblər. Həmin vaxt Mehman da başqa stolda əyləşərək spirtli içki qəbul edib.
"Gecə saatlarında kafedən çıxarkən Mehmana yaxınlaşdım. Ona 30 manat borcunu verməsini istədim. Lakin Mehman həmin borcu hələ imkanı olmadığı üçün verə bilməyəcəyini söylədi. Mən isə uzun müddətdir borclu olmasına baxmayaraq pulumu vermədiyinə əsəbləşdim. Pulu tez vaxtda verməsini tələb etdim. Buna görə aramızda mübahisə yarandı"
Təqsirləndirilən şəxs pulunu vermədiyi halda Mehmanı döyəcəyini dediyini bildirib. Qarşı tərəf isə onu döyə bilməyəcəyini söylədikdə Sənan əsəbləşərək onun yaxasından tutub. O, Mehmanın sağ göz nahiyəsinə yumruq zərbəsi endirib. Bu zaman orada olan digər şəxslər və kafeni işlədən şəxs dərhal araya girərək tərəfləri sakitləşdirib.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Qərar "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktına əsasən qəbul edilib. Sənan cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri