Icma.az
close
up
RU
5 min manat pulumu alıb, qaytarmadı Qənizadədən şikayət

5 min manat pulumu alıb, qaytarmadı Qənizadədən şikayət

Azvision saytına istinadən Icma.az xəbər verir.

Sonxeber.az-a müraciət edən vətəndaş P.C (ad-soyad şərti verilib - red.) bildirib ki, Elgiz Qənizadə ondan 5000 min manat pul alıb. Müraciətdə bildirilir:
"Mən, Elgiz Qənizadə Rayon Prokurorluğunda işlədiyi dövrdə zərərçəkmiş şəxs kimi müraciət etmişdim. Həmin vaxt deputatın qardaşı həbs olunmuşdu. Həbs edilən şəxsin böyük qardaşı və dostları barışıq üçün mənə müraciət etmişdilər.
Elgiz Qənizadə şikayətimlə bağlı məni qəbul etdi. Baş verənlər barədə ona ətraflı məlumat verdim. Bildirdim ki, zərərçəkmiş 19 nəfərin içərisində yalnız mənim işimə hüquqi qiymət verilmədən Nərimanov Rayon Prokurorluğuna göndərilib. Lakin gördüm ki, Elgiz Qənizadə də mənə kömək etmədi.
Məcbur olub digər zərərçəkmişlərlə əlaqə yaratdım və onların əlində olan faktları da prokurorluğa təqdim etdim. Sübut etdim ki, eyni ev müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərə satılıb. Mənim üstünlüyüm ondan ibarət idi ki, mənə verilmiş maliyyə arayışı digər zərərçəkmişlərə verilən arayışlardan daha əvvəl tərtib edilmişdi.
Elgiz Qənizadə gördü ki, bütün sübutları aidiyyəti qurumlara təqdim edirəm. Həmin sübutlardan sonra onun barəsində həbs qətimkan tədbiri seçildi.
O, təcridxanada olduğu müddətdə qohumları mənimlə görüş keçirdilər. Təqsirləndirilən şəxsin qardaşı Rauf və Nurəddin adlı dostu mənə barışıq təklif etdilər. Bildirdilər ki, mənə ödəniş edəcəklər. Lakin eyni zamanda dedilər ki, Elgiz Qənizadə buna imkan vermir, onlardan əlavə 100 min manat pul tələb edir.
Mən də onlara bildirdim ki, zərərçəkmiş şəxs kimi mənə dəymiş ziyan ödənilirsə, Elgiz Qənizadə niyə buna mane olur?
Səhəri gün Elgiz Qənizadənin yanına getdim. O, bildirdi ki, qarşı tərəflə kənarda görüşməməliyəm. Barışıq və görüşlər onun otağında keçirilməlidir.
Daha sonra müstəntiq məni çağırdı və qarşı tərəfin barışıq etmək, dəymiş ziyanı ödəmək istədiyini bildirdi. Bunun üçün notariat qaydasında barışıq ərizəsi yazmalı olduğumu söylədi.
David Yusifovun adı ilə bağlı da bir sıra məsələlər gündəmdə idi. Elgiz Qənizadə nədənsə Elşən Cəbrayılovla və David Yusifovla bağlı məsələlərin həllinə imkan vermirdi.
David Yusifovun Cavid adlı qardaşı müstəntiqin otağında mənə 10 min manat ödəniş etdi. Bildirdi ki, qalan 70 min manat da tam şəkildə ödəniləcək. Mən də həmin vaxt 10 min manatın ödənilməsi ilə bağlı ərizə yazdım.
David Yusifov mənə avtomobil verdi və avtomobilin qiymətinin 49 min dollar olduğunu bildirdi. Daha sonra Elgiz Qənizadə məni çağıraraq 5 min manat ödəməli olduğumu söylədi. Bildirdi ki, bu pulun qarşılığında mənə pulum geri qaytarılacaq. Mən də məcbur olub 5 min manat ödədim.
Mən dəfələrlə Elgiz Qənizadənin qəbulunda olmuşam. Ona bildirirdim ki, məndən 5 min manat pul alıb, pulumun qaytarılacağına söz verib. Hər dəfə mənə səbirli olmağımı söyləyirdi.
Sonradan Suraxanı rayonunda ev aldım. Evin təmiri üçün tikinti şirkəti ilə 21 min 300 manatlıq müqavilə imzaladım. Lakin həmin şirkət evimi yararsız vəziyyətə saldı. Bu məsələ ilə bağlı da ciddi problemlərlə üzləşdim. Bir müddət sonra Elgiz Qənizadənin Suraxanı Rayon Prokurorluğunda işlədiyini eşitdim. Onun yanına gedərək 5 min manat pulumun onda qaldığını bildirdim. O isə mənə yanına gəlməyi söylədi.
Mən onun yanına getdim. O, köməkçisinə ərizə yazmağıma kömək etməsi barədə göstəriş verdi. Mən də ərizə yazaraq Yasin Babayevə evin təmiri üçün 21 min 300 manat ödədiyimi qeyd etdim. Həmin məbləğin 15 min manatına dair çekim var idi, lakin 6 min 300 manatın çekini mənə verməmişdilər.
Elgiz Qənizadə çek olmadığına görə ərizədə yalnız 15 min manatın qeyd olunmasını istədi. Həmin pulu alıb mənə verəcəyini bildirdi. Lakin Elgiz Qənizadə Nərimanovda olduğu kimi, Suraxanıda da məni bu gün-sabah deyə-deyə aldatdı.
Aldadıldığımı hiss etdikdən sonra Bakı Şəhər Baş Prokurorluğuna müraciət etdim. Mənə bildirildi ki, cinayət işinin başlanması üçün ekspertiza təyin olunmalıdır.
Nəhayət, Dövlət Ekspertiza Mərkəzi rəy verdi ki, evin təmiri üçün 6 min 543 manatlıq xərc çəkilib. Sonradan mənə bildirildi ki, pul verdiyim şəxs dələduzdur və digər məsələlər də pulun mənimsənilməsi məqsədilə həyata keçirilib.
Yasin Babayev barəsində cinayət işi başlandı. Lakin yenə də haqsızlıqla üzləşdim. Mənə həm maddi, həm də mənəvi zərər dəydi. Hazırda başıma gələn bu haqsızlıqlar səhhətimdə ciddi problemlər yaradıb. Elgiz Qənizadə dəfələrlə məni aldatdı. Mən müstəntiqlə Elgiz Qənizadə arasındakı yazışmaları oxudum. Həmin yazışmalardan belə qənaətə gəldim ki, o, konkret cinayət işinin başlanmasına və işimin həll edilməsinə mane olurdu.Belə olan halda mən Elgiz Qənizadədən verdiyim 5 min manatın geri qaytarılmasını tələb etdim. Lakin o, pulumu qaytarmadı.
Mən Elgiz Qənizadə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdim və bütün sübutları təqdim etdim. Sonradan bildim ki, Çingiz Qənizadə mənim şikayətim ilə bağlı bir neçə şəxslə görüşüb. Həmin görüşlərdən sonra isə işimə baxılmadı. Əlimdə bütün sənədlər və sübutlar ola-ola bu gün də haqsızlıqla üz-üzəyəm. Çingiz Qənizadənin tapşırığından sonra işimə baxılmadığını düşünürəm.
Mən nə etməliyəm? Çingiz Qənizadə kimi bir ata tapıb, nəyinsə müqabilində işimi kiməsə tapşırmalıyam ki, haqqımı əldə edə bilim?
Mən dövlətimə və ölkə başçısına güvənirəm.Mən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən və Azərbaycanın Baş prokuroru Kamran Əliyev kömək istəyirəm.
Hörmətli, Cənab Prezident İlham Əliyev, sizdən xahiş edirəm ki, işimin obyektiv və hərtərəfli araşdırılması, pozulmuş hüquqlarımın bərpası və mənə dəymiş maddi ziyanın ödənilməsi üçün müvafiq tapşırıqlar verəsiniz. Həmçinin Elgiz Qənizadənin və onunla əlbir olduğunu iddia etdiyim şəxslərin fəaliyyətinin qanun çərçivəsində araşdırılmasını, təqsirləri sübuta yetiriləcəyi təqdirdə qanunla cəzalandırılmalarını təmin etməyinizi xahiş edirəm.Mənim yeganə istəyim ədalətin bərpa olunması, illərdir çəkdiyim əziyyətin qarşılığında haqqımın mənə qaytarılması və qanunun aliliyinin təmin edilməsidir".
Qeyd edək ki, P.C Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etdiyi Elgiz Qənizadə ilə olan yazışmaları və səs yazılarını da Sonxeber.az-a təqdim edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri