Icma.az
close
up
RU
30 YAŞ QADAĞASI, 5 İL STAJ... Məhkəmə hakimi olmaq istəyənlər mütləq oxusun!

30 YAŞ QADAĞASI, 5 İL STAJ... Məhkəmə hakimi olmaq istəyənlər mütləq oxusun!

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır".

Mia.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirib ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir:

"Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib. Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib. Eyni zamanda hazırkı çevik prosedurlara görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyinatdan dərhal sonra təlimə cəlb edilirlər. Halbuki əvvəllər təyinatdan öncə uzunmüddətli tədris kurslarında iştirak etməli idilər.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hakimliyə namizədlər imtahanlarda yığdıqları balların cəminə görə sıralanır və artıq ərazi üzrə işləmək istədikləri məhkəmələri özləri seçirlər. Bu isə onu göstərir ki, artıq hakim seçimi daha ədalətli və şəffaf qaydalarla aparılır. Mühüm yeniliklərdən biri kimi həm də hakim vəzifəsinə namizədlər üçün 30 yaş senzi ilə bağlı məhdudiyyətin ləğvini qeyd etmək yerinə düşər. Belə ki, artıq yeni qanunla ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola bilərlər.

Nəticə etibarilə, görünən odur ki, həyata keçirilən bütün bu tədbirlər hüquq peşəsinin ən ali zirvəsi olan hakimliyə gedən yolu asanlaşdırmaqla bu məqsədə çatmaq üçün real imkanlar yaradacaq. Həmçinin hakim korpusunun daha çevik. komplektləşdirilməsinə də müsbət təsir edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri