Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xaricdən fiziki cəhətdən yararlı, səfərbərlik yaşında olan kişilər nə qədər çox geri dönsə, bu, ordu, xalq və Ukrayna üçün bir o qədər asan olar. Burada məsələ onların seçimi ilə bağlı deyil.
Məncə, cəbhədə olan, bəzən kadr çatışmazlığı səbəbindən rotasiya edə bilməyən hərbçilərə kömək etmək çox vacibdir. Onların məzuniyyətə çıxması, ailələrini, yaxınlarını görməsi, sadəcə dincəlməsi, bəzən ailəsinin qucağına qayıtması çox ədalətli olardı. Bu, çox önəmlidir və insana enerji verir. Düşünürəm ki, ölkədən gedən bu gənclər şübhəsiz ki, kömək edə bilərdilər”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Çeski rozhlas Plus” radiosuna verdiyi müsahibədə bildirib.
Zelenski əlavə edib ki, bir çox Avropa liderləri xaricdə yaşayan ukraynalılara birbaşa müraciət edə bilmirlər və buna görə də Kiyevdən bunu etməyi xahiş edirlər: “Bir dəfə Avropalı liderlərdən biri mənə dedi: “xahiş edirəm, mən sənin insanlarına orada özüm heç nə deyə bilmərəm, çünki cəmiyyət məni dəstəkləməz. Cəmiyyət müharibə səbəbindən ölkəni tərk edən insanlara dəstək məsələsində bölünüb. Amma orada çoxlu ukraynalı var və bizim üçün artıq çətindir. Onları Ukraynaya dəvət edə bilməzsənmi?” Mən ona dedim ki, onları Ukraynaya dəvət edə bilərəm”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 31 Yanvar 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















