Icma.az
close
up
RU
300 ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 i işıqlandıracaq

300 ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 i işıqlandıracaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakı yenidən dünya mediasının diqqət mərkəzindədir.

BŞHƏŞ-in Mətbuat Xidmətindən XQ-ə verilən məlumata görə, sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir. Onların sırasında Netflix, Reuters, Agence France-Presse, Sky Sports, Motorsport.com, Associated Press, CANAL+, ESPN Disney Latin kimi nüfuzlu media qurumları da var. Bu, Bakıda keçirilən möhtəşəm yarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyaya çatdıracaq.

Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır. Burada akkreditasiya xidməti ilə yanaşı,  xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur. Mərkəz çərşənbə günündən etibarən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir. Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunub və qlobal miqyasda aparıcı idman tədbirlərinin media infrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.

İldən ilə Azərbaycan Qran Prisi qlobal səviyyədə çox maraqla izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Bakı Qran Prisinə maraq göstərib.

Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran Prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri