Icma.az
close
up
RU
“AzerGold”un nümayəndə heyəti “LME Week” tədbirində FOTO

“AzerGold”un nümayəndə heyəti “LME Week” tədbirində FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti metal hasilatı və satışı sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri olan və Londonda keçirilən “London Metal Exchange Week” (LME Week) tədbirində iştirak edib.

Modern.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti metal sənayesində tətbiq olunan yeni texnologiyalar, süni intellekt və rəqəmsal innovasiyaların rolu, həmçinin davamlı inkişafın gələcək perspektivləri mövzularında keçirilən müxtəlif sessiyalarda və panel müzakirələrində iştirak edib. Tədbir müddətində iştirakçılar dağ-mədən, metal hasilatı və ticarəti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

“AzerGold” QSC-nin nümayəndə heyəti həmçinin “LME Week” ərzində dünyanın aparıcı metal ticarəti şirkətlərindən biri olan “Trafigura” tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak edib, həmçinin şirkətin ofisində keçirilən ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı “AzerGold” QSC və “Trafigura” arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri, gələcək inkişaf perspektivləri müzakirə olunub.

“LME Week” tədbiri dünya üzrə dağ-mədən və metallurgiya sənayesinin, eləcə də maliyyə institutlarının ən mühüm görüş platformalarından biri hesab olunur. Burada qlobal metal bazarının trendləri, qiymət dinamikası və strateji tərəfdaşlıqlar müzakirə edilir. Tədbir, alüminium ərintiləri, qalay, nikel, sink, qurğuşun, ilkin alüminium, mis və gümüş kimi əlvan metallara dair beynəlxalq ticarətin inkişafında mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri