300 minlik dələduzluq: Mayora hökm oxundu
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Axar.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Bəşir Bəşirov 1 il 1 ay müddətə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun ziyanın böyük bir qismini ödəməsi nəzərə alınıb.
Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov vətəndaşların etibarından sui-istifadə edərək səkkiz nəfərin 185.000, 30.000, 24.280, 23.000, 17.000, 16.500, 16.100 manat olmaqla, ümumilikdə 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub, sonradan ehtiyata buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 01 Sentyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















