Icma.az
close
up
RU
Mən Ağdamda, ata baba yurdumda dünyaya gəlmişəm, lakin ailəmə orada ev verilməyib

Mən Ağdamda, ata baba yurdumda dünyaya gəlmişəm, lakin ailəmə orada ev verilməyib

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Mən 1970-ci illərdən Bakıda yaşayıram. Qaçqın və məcburi köçkün statusu daşıyıram. Atamın mülkündə ev tikilib, bəs niyə mənə və ailəmə ev düşmür? Bu məsələ ilə bağlı Ağdamdan çoxsaylı insanlar mənə müraciət edirlər. Onlar da soruşurlar ki, niyə bizə ev verilməməlidir?"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas bildirdi.

O xahiş etdi ki, gələcəkdə bu məsələnin həllinə kömək edilsin:

"Qaçqın və məcburi köçkün statusu ilə bağlı məsələyə yenidən baxılmasına ehtiyac var. Mən Ağdamda, ata-baba yurdumda dünyaya gəlmişəm, lakin ailəmə orada ev verilməyib. Deməli, mən gedib Ağdamda öz cibimdən pul xərcləyərək ev almalıyam? Niyə? Mənimlə yanaşı, qardaşımın və beş bacımın da heç birinə ev verilməyib. Bacılarımdan ikisi artıq dünyasını dəyişib. Onlara da ev düşməyib. Səbəb kimi qeydiyyat məsələsi göstərilir. Ailə üzvlərim yaşayış şəraitlərinə və işlə bağlı vəziyyətlərinə uyğun olaraq başqa şəhər və rayonlara köçüblər. Qardaşım Ağcabədidə qeydiyyata düşüb, sonradan isə onun qeydiyyatı ləğv olunub. Mənim də Ağdam qeydiyyatım ləğv edilib.

Bu problemlə üzləşən təkcə mən deyiləm. Mənə müraciət edən çoxsaylı insanlar var. Ağdamda olarkən də bu məsələ qaldırıldı. İnsanlar soruşurdular ki, biz nə edəcəyik? Mən də dedim ki, bu barədə dəqiq cavabım yoxdur, amma onların fikirlərini aidiyyəti üzrə çatdırmağa çalışacağam. Ona görə də xahiş edirəm, bu məsələyə baxılsın".

Deputatın fikrinə Milli Məclisin spikeri tərəfindən sərt reaksiya verildi. Spiker bildirdi ki, heç kim Ağdamda görülən bu qədər işə ləkə gətirə bilməz:

"Siz deyirsiniz ki, Ağdamlılara söz vermisiniz. O zaman xahiş edirəm, bir siyahı tərtib edin: kimlərə ev verilib? Niyə bu qədər görülən işlərə kölgə salırsınız? Bu qədər iş görülür. Ağdamlılar köçürülməyəndə, bəs kim köçürülür?Başqa ölkələrdən insanları gətirib orada məskunlaşdırırlar? Niyə bu məsələni tribunadan bu şəkildə təqdim edirsiniz? Siz bu gün də həmin məsələni qaldırdınız və dediniz ki, Ağdamlılara yer vermirlər. Mən hələ onda sizə demişdim: bəs kimə yer verirlər? Ağdamda yaşayanları başqa yerlərdən gətirib məskunlaşdırırlar? Orada böyük işlər görülür. Niyə bu işlərə kölgə salırsınız? Yeni tikilən Ağdamda kim yaşayır?"

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri