Icma.az
close
up
RU
31 Mart 1918 ci il soyqırımı xalqımızın 2 əsrdir üzləşdiyi faciələrin ən dəhşətlisdir

31 Mart 1918 ci il soyqırımı xalqımızın 2 əsrdir üzləşdiyi faciələrin ən dəhşətlisdir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XIX əsrin əvvələrində çar Rusiyasının müstəmləkə siyasətinin əsasını təşkil edən etnik-demoqrafik quruluşun dəyişdirilməsi cəhdləri Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan torpaqlarında yeni faciə və qətliamların baş verməsinə zəmin  hazırladı. Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal edildikdən sonra ermənilərin Qafqaza kütləvi köçürülməsi iki xalq arasında 2 əsrdir davam edən münaqişənin yaranmasının əsas səbəbi kimi dəyərləndirmək olar. Belə ki, Rusiyanın Qafqaz siyasəti xristian erməniləri və digər qeyri-müsəlmanları bu ərazilərdə yerləşdirməklə türk-müsəlman əhalisinin sayının azaldılmasına və onların öz yurdlarından çıxarılmasına əsaslanırdı. 1905–1906-cı və 1918–1920-ci illərdə İrəvan, Tiflis, Yelzavetpol və digər quberiniyalarda türk-müsəlman əhaliyə qarşı məqsədyönlü şəkildə qətliamlar baş verdi, onlar, hətta Bakı və digər ətraf ərazilərdə qırğınlar törətdilər. Bu istiqamətdə həyata keçirilən qırğınlar sırasında 1918-ci il mart və aprel hadisələrini miqyası baxımından tarixin ən qanlı faciələri adlandırmaq olar.

Onu da qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr dövlət çevrilişindən istifadə edən erməni daşnak silahlı dəstələri öz məqsədlərini həyata keçirməyə çalışdılar. Bu məqsədlə 1918-ci ilin mart ayından etibarən “Bakı kommunası” əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan hazırlamışdılar. Bu plan əsasında azərbaycanlıları amansızca qətlə yetirdilər, evlərə od vurub insanları diri-diri yandırdılar. Tarixi abidələr, məscidlər, məktəblər, xəstəxanalar dağıdıldı. Nəticədə Bakı və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürüldü.

Mart soyqırımları amansızlığına görə Azərbaycan tarixinə qanlı faciələrdən biri kimi düşüb. Çünki ermənilər təkcə Bakı ərazisində qırğınlar törətmədilər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşevik-daşnak silahlı dəstələri azərbaycanlılara qarşı törətdikləri qırğının miqyası böyük idi. Həmin qırğınlarda ermənilər azyaşlıları və qadınları ağlasığmaz işgəncələrlə, diri-diri oda ataraq, gözləri çıxarılaraq qətlə yetirdilər. Hətta qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapıldı.

Bolşevik-daşnak silahlı dəstələri Şamaxının 75 kəndini tamamilə dağıtdılar. Erməni daşnak silahlı dəstələri ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7000-dən çox insan soyqırımına məruz qalmışdı. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan edilmişdi.

Yeri gəlmişkən, qeyd edək ki, 2007-ci il aprel ayının əvvəllərində Quba ərazisində tapılan kütləvi məzarlıqlar bir daha azərbaycanlılara qarşı törədilən soyqırımını təsdiqlədi. Beynəlxalq aləmdə hələ də hüquqi qiymətini almayan faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və erməni vəhşiliyinin sübutu olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradıldı.

Buna baxmayaraq, demək olar ki, 31 Mart soyqırımı xalqımızın qan yaddaşından silinməyib. Sovet hakimiyyəti 70 il xalqın qan yaddaşını silməyə, faciəni gizlətməyə çalışsa da, bu, mümkün olmayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Beləliklə, 80 il sonra Ümummilli Liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı faciəyə verilmiş ilk hüquqi qiymətdir.

Onu da qeyd edək ki, 1905–1906-cı, 1918–1920-ci illərdə türk-müsəlman əhalinin indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınması, 1948–1953-cü illərdə 150 mindən çox azərbaycanlının Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə deportasiya olunması ilə müşayiət olunan proses sovet dövründə dəfələrlə Azərbaycandan müxtəlif yollarla torpaq qoparılması, separatçılıq və ekstremizin ən yüksək səviyyəsində suverenliyimizə və ərazi bütövülüyümüzə qəsd olunması ilə kulminasiya nöqtəsinə çatdı.  1987–1991-ci illərdə lokal xarakterli toqquşmalar daha sonra Azərbaycanın elan olunmamış müharibəyə cəlb olunması və 1991–1994-cü illərdə gedən I Qarabağ mharibəsində ərazimizin 20 faizinin işğalı ilə nəticələndi. 20 ildən çox davam edən sülh danışıqları heç bir nəticə vermədi. 2016-cı il Aprel döyüşlərindən sonra sülh danışıqları dalana dirəndi və 2020-ci ildə növbəti erməni təxribatına cavab olaraq Azərbaycanın Ordusunun apardığı 44 günlük müharibədə 27 ilə yaxın işğal altında qalan torpaqların azad olunması ilə yekunlaşdı. Qeyd edilənlərə əsaslanaraq, 2 əsrdən çoxdur xalqımızın deportasiya, qətliam, soyqırımına məruz qaldığını söyləmək olar. Hətta demək olar ki, 31 Mart 1918-ci il soyqırımı – xalqımızın 2 əsrdir üzləşdiyi faciələrin ən dəhşətlisdir.

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri