Icma.az
close
up
RU
31 mart Azərbaycanlıların soyqırımına həsr olunan tədbir və telekörpü keçirildi

31 mart Azərbaycanlıların soyqırımına həsr olunan tədbir və telekörpü keçirildi

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.İ.Məmmədov adına 38 №-li tam orta məktəbdə tədbir və Quba Soyqırımı Memorial Kompleksi ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş telekörpü keçirdi.

Tədbirlərdə 31 mart soyqırımı qurbanlarının, Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxana Quba Soyqırımı Memorial Kompleksi ilə telekörpü yaratdı. Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova mart soyqırımı haqqında danışaraq, arxivlərimizdə saxlanılan materiallardan məlumat verdi. Kompleksin əməkdaşı Abutalıb Turabov 31 mart soyqırımı haqqında məlumat verdi. O qeyd etdi ki, soyqırımı nəticəsində Bakı, Şamaxı, Quba, Salyan, Lənkəranda və s. on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Daha sonra A.Turabov Quba Soyqırımı Memorial Kompleksi haqqında məlumat verdi. O, Kompleksin 2013-cü il sentyabrın 18-də açıldığını və indiyədək milyondan çox ziyarətçisi olduğunu qeyd etdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı Lalə Səlimova çıxış edərək, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışdı, bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi. Uşaq şöbəsinin müdiri Sevil Namazova və məktəbin kitabxana müdiri Səbinə Abbasova ermənilərin soydaşlarımıza qarşı törətdiyi soyqırımlara həsr olunan kitablarla, vəsaitlərlə məktəbliləri tanış etdilər.

Məktəbin direktoru Gülnarə Bəkirova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva, tarix müəllimi Şölə Qayıbova bu faciəli günün tarixi ilə bağlı çıxış edərək, soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğunu, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini qeyd etdilər.

Məktəbin 8 və 9-cu sinif şagirdləri – Sədəf Məmmədli, Banu Məmmədli, Nilay Məmmədova, Rasim Hacıdadaşov və Çinar Əzimzadə hadisə ilə bağlı fikirlərini bildirmiş, bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulamışlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri